QARAQAN

Bənövşə

08.10.23

Bənövşə gülü simvolik məna daşıyır və Ruhanilik ilə bağlıdır. Uzun illər hər kəsi tərk etmiş birisinin qayıdışı. Səhvlər və doğruları dərk edərək Ruhani dərəcəyə yüksəlmək. Mahnının video görüntülərinə baxdıqda Azərbaycanın bəzi dövrləri gözümüz qabağından keçir. Sanki Zamanın Ruhu bizlərə baxır və bizə bizi göstərir. Yaxşı və pis, xeyir və şər – hamısı bizik. Yalnız özümüzü anlayıb tanıdıqdan sonra Ruh dərəcəsinə yüksələ bilərik. Yalnız kim olduğumuzu qəbul etməklə dəyişə bilərik. 

Neçə addım, neçə şəhər
Neçə min kilometr uzaqlaşdım evimdən
Yoruldum qırağında yolun oturdum

Neçə sevinc, neçə kədər
Neçə sirr dolu günlər yazıldı izimdən
Hamısı duzumdu, suyumdu, unumdu – yoğruldum [1]      

Məni mən elədi, ömür boyu gedirəm özümə doğru

Edirəm nəyi bilirəm doğru

Mən 100% bilirəm nədi doğru

Mən 100% bilirəm nədi doğru

Mən 100% bilirəm!

Bax üç dəfə dedim bilirəm nədi doğru. 

Jeez [2] deməli mən 100% bilirəm

***

Bənövşə [3] bəndə düşə, bizdən sizə kim düşə?

Adı gözəl, özü gözəl, sazı gözəl, sözü gözəl

***

 

Dünya gül açıb əlimdə şaxələndi, bax yetişdi bənövşə

Bizdən sizə kim düşə? Məndən sizə nə gərək?   

İki düz, bir kələk:

Sizə tapmaca deyim mənə sükutun öyrətdiyi

Deyin görüm o zirvə nə zirvə ki, ən uca nöqtəsi qalxılır enərək

Bunlar Pünhani [4] dilim sirrimin zindani

Sizi cismani tərk etdim həzərat,

Ki süzülsün gövhəri-nihani [5]

Köksünə vursun atəş ölmüş şairin ehsani

Yeddi ildir torpaq idi ismim [6] üfürdü Yaradan doğuldu Ruhani…

[1]

Burada QQ sirrli və gizli bir dövrdən keçdiyini bildirir. Bu dövr onun üçün böyük dəyişikliyə səbəb olub. 

[2]

Jeez – Amerika məişət dilində Jesus (İsa) sözünün qısa formasıdır. 

İşlədilməsi – Bu söz bezmək, səbrsizlik,  təəccüb və digər emosiyaları bildirmək üçün istifadə edilir. Azərbaycan dilinda “əşşi” , “ay Allah” kimi müxtəlif vəziyyətlərdə istifadə edilə bilər. 

“Bax üçüncü dəfədir deyirəm ki, bilirəm nədir doğru. Ay  Allahsız,  deməli 100% bilirəm.”

Amma burada bir simvolik məna da var.

Belə ki, Gecə vaxtı İsa peyğəmbəri çarmıxa çəkmək üçün ordu gəlir və ən etibarlı davamçısı Pyotr ona deyir. – Mən sənin yolundan heç vaxt dönməyəcəm. Bunu eşidən İsa deyir ki, sən xoruz banlayana qədər (sübhə kimi) 3 dəfə haqqdan dönəcəksən. Elə də olur, Pyotr səhər açılana kimi İsa peyğəmbərdən üç dəfə üz döndərir.

Burada bir növ həmən rəvayətə istinad var. – 3 dəfə dedim bilirəm nədir doğru – Jeez (ey İsa) – haqdan dönmədim.

[3]

Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür.

Bu oyun uşaqlar arasında iki dəstəyə ayrılaraq oynanan oyundur. Bir dəstədən digər dəstəyə bir kişi qaçaraq gəlir əl-ələ tutan digər dəstənin ən zəif yerindən keçməyə çalışır. Dəstənin zəncirini qırıb keçə bilirsə, o dəstədən bir nəfəri öz dəstəsinə götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).

Dəstəni yara bilməzsə, o dəstədə qalır və digər dəstə oyuna davam edir. Qırıla bilən dəstə azalmağa davam edir, dəstədə 1 nəfər qalanda oyun bitir. Dəstələrin dediyi ifadələr:

A: Bənövşə

B: Bəndə düşə

A: Bizdən sizə kim düşə

B: Adı gözəl özü gözəl (Məs: Əli)

Əli A dəstəsindən B dəstəsinə sürətlə gələrək dəstədə əl-ələ tutan uşaqları ayırmağa çalışır.

 

Bu oyununun nəqarət olaraq seçilməsi təsadüfi deyil. Birincisi Bənövşə gülü simvolik olaraq ruhaniliyi təmsil edir. Eləcə də bənövşəyi rəng tac çakrası və insanın fövqəl səviyyəsinə işarədir. Bənövşə gülü bu dünya ilə o dünya arasında əlaqə ruhsal, ilahi oyanışın simvoludur. 

Digər bir mənada bunu belə yozmaq olar. Məni siz çağırdınız ki, gəldim. 

[4]

Pünhan

[fars.] Heç kəsin bilmədiyi; gizli, xəlvət

[5]

Gövhər – Qiymətli daş, cavahir.

Nihan – Gizli  – Cism olaraq, şəxs olaraq öldüm ki, ruhumdan qiymətli sözlər, həqiqətlər azad şəkildə süzülsün. Şəxsi istək və nəfsim gördüyüm işə mane olmasın.

[6]

Burada 4 ünsürə (Hava, Od, Su, Torpaq) işarə var. QQ bildirir ki, son yeddi il ərzində yox olub itməklə bir növ öldü və torpaqlaşdı. Amma həm də bunu etməklə sonuncu mərhələ olan Torpaq mərhələsini başa çatdırdı.

Əlkimya qanunlarına görə 4 ünsür birləşəndə beşinci ünsür RUH əmələ gəlir. Beləliklə bu sətirdə bildirilir ki, son yeddi il torpaq mərhələsi bitdi və Ruhaniləşdim.

İkinci Anlam

Amma eləcə də burada düynanın yaradılışına işarə var. Belə ki, Yaradılış (Genesis) kitabına əsaslansaq Allah dünyanı yeddi günə yaradır. Sonra torpaqdan Adəmi yaradır və üzünə öz ruhunu üfürür bununla Adəm canlanır və insan olur. İnsan digər bütün canlılardan ruhunun olması ilə fərqlənir.   

Yeddi ildir torpaq idi ismim (Yaradılışın 7 günü torpaq idim) üfürdü yaradan doğuldu Ruhani. (Tanrı ruhundan üfürməklə məni yaratdı) 

Bu hadisə Quranda da təsvir olunur

Sad surəsi 71-72
Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!

Neçə addım, neçə şəhər
Neçə min kilometr uzaqlaşdım evimdən
Yoruldum qırağında yolun oturdum

Neçə sevinc, neçə kədər
Neçə sirr dolu günlər yazıldı izimdən
Hamısı duzumdu, suyumdu, unumdu – yoğruldum [1]      

Məni mən elədi, ömür boyu gedirəm özümə doğru

Edirəm nəyi bilirəm doğru

Mən 100% bilirəm nədi doğru

Mən 100% bilirəm nədi doğru

Mən 100% bilirəm!

Bax üç dəfə dedim bilirəm nədi doğru. 

Jeez [2] deməli mən 100% bilirəm

***

Bənövşə [3] bəndə düşə, bizdən sizə kim düşə?

Adı gözəl, özü gözəl, sazı gözəl, sözü gözəl

***

 

Dünya gül açıb əlimdə şaxələndi, bax yetişdi bənövşə

Bizdən sizə kim düşə? Məndən sizə nə gərək?   

İki düz, bir kələk:

Sizə tapmaca deyim mənə sükutun öyrətdiyi

Deyin görüm o zirvə nə zirvə ki, ən uca nöqtəsi qalxılır enərək

Bunlar Pünhani [4] dilim sirrimin zindani

Sizi cismani tərk etdim həzərat,

Ki süzülsün gövhəri-nihani [5]

Köksünə vursun atəş ölmüş şairin ehsani

Yeddi ildir torpaq idi ismim [6] üfürdü Yaradan doğuldu Ruhani…

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DA QULAQ AS

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.