QARAQAN

Bəyaz Duman

03.11.23

QQ yeni nəslin narkotik vasitələrə, uyuşduruculara vərdişini şəhəri bürüyən bəyaz dumana bənzədir. QQ yeni nəsilin bu meylinin təsadüfi olmadığını bildirir. Bu xəstəliyin yayılmasında yalanın böyük rol oynadığını bildirir. Böyük qardaşın qayıdıb deməklə yeni nəsil üçün gəldiyini və dəqiq hədəflərinin olduğunu görürük.  Videoda istifadə olunan simvolik vizual elementlərdən bir neçəsi nəzərimizə çarpır. Bakı üzərində nəhəng hörümçəklər, alovlanan qılınc ilə Ruhun at belində qayıdışı, xeyir və şər qüvvələrin müharibəsi. Heç bir vizual təsadüfi deyil.

Gözüm açılandan bəri gopun dadı 

Deyil uyğun tamıma, tamaşa hamı oyundadı 

Nənəsinin donundadı, yaxşı qırxır canavarlar yunu [1]

Qoyuna soyuqdu günah qoyundadı

 

Sənin qızıl zəncirlərin boynundadı [2]

Faizsizdi sənə zindanın gecəsi 

Qulun adı nədi, yüklə belinə arzusun

Ata torundadı hörümçəyin, [3] oğul maldı çünki dilindədi otun dadı [4] 

Eyni durumdadı yeni nəsil

Mənə deyirlər ki, burnunun ucundan o tərəfi görmür [5]

Ağlı burnundadı, yarısının ağlı dalındadı 

Ulduz falındadı, gələcəyi puç, dolu dünəni yalan [6]

Nə qədər ki, gözün bağlı səni dartacaqlar

Hara istəsələr gedəcəksən, pulu qurumların [7] 

Quru qorxuların, qolundakı sarğıların 

Saxta qorxduqların müqəvvadı — içləri dolu saman [8]

***

Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər 

Sakinləri yarı mələk, yarı cinlər

Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr 

Bəyaz duman çökər, şəhər gözdən itər

***

Bəyaz duman yayıldıqca şəhər quyudadı

Yeni nəsil ölür yavaş sanki balıq qurudadı

Kimdi gözün yuman hansı qutularda gəlir 

Gecələr kim növbə çəkən sərhəddə, nə onun adı? [9]

Mənə söylə gənclər istər ola avam 

Kimin, hansı Geohörümçəyin [10] planındadı, torundadı? 

Mikrafonundadı böyük qardaşın qayıdıb [11]

Göstər kim xətrinə dəyib, hansı məhəllənin qoduqları

Bilmirəm nə onun dadı, mənə şeiri yazdıran 

Deyil tüstü, yazdıran alovdu, alov ruhumdadı

Alov ruhundadı sənin də, bizim eyni ruhumuz

Səni aldadıblar deyiblər ki, yoxdu adın [12]

Sən heç kəssən, lazım deyilsən heç kəsə 

Çək içinə tozu, təkcə xoşbəxtliyin iynə sonundadı

Xarici ya daxili düşməndi, bilmirəm 

Amma gözə görünməz müharibənin [13] dəsti-xəttindədi, tonundadı

***

Qorxma yapış əlimdən

Səni çıxarım içindən, cəhənnəmin tam dibindən

Səni qurtarım dərddən

Qorxma yapış əlimdən

Səni çıxarım içindən cəhənnəmin tam dibindən

Sən tək deyilsən, biz dəstə [14]

[1]

Gözüm açılandan bəri gopun dadı 

Deyil uyğun tamıma, tamaşa hamı oyundadı 

İlk sətirlərdə QQ bildirir ki, gözüm açılandan (doğulandan) yalana, gopa inanmıram. Eyni zamanda “gözüm açılandan bəri” deyərkən söhbət bəsərət gözünün açılması, aydınlanmaya da işarə ola bilər. 

Mənası – Həqiqəti görəndən yalana inanmıram

Nənəsinin donundadı, yaxşı qırxır canavarlar yunu 

Nənəsinin donunda canavar deyərkən QQ ‘’qırmızı papaq’’ nağılını nəzərdə tutur. 

Bu nağılda balaca qız nənəsinə şirniyyat aparmaq üçün yola çıxır və bunu görən canavar qızın nənəsinin evinə gedir və nənəsini yeyib onun paltarlarını geyinir. Gözləyir ki, qırmızı papaq gəlsin və onu da aldadıb yesin. Videoda da canavarın nənə geyimində olduğunu görə bilərsiniz.

Məhz bu nağılın seçilməsi təsadüfi deyil. Belə ki, qırmızı papaq nənəsinin evinə gələndə canavar qapını açır və qızcığaz sübhələnib soruşur:

– Ay nənə, sənin gözlərin niyə belə böyükdü?

Canavar deyir:

– Səni yaxşı görmək üçün, ay bala!

– Nənəcan, bəs əllərin niyə belə böyükdü?

– Səni möhkəm qucaqlamaq üçün, ay bala. 

Canavar özünü təmizə çıxarma üsuluna fikir verin. Qırmızı papağa ziyan olan cəhətlərini onun xeyrinə bir şey kimi təqdim edir. 

Gəli bir daha şeirə baxaq:

Gözüm açılandan bəri gopun dadı 

Deyil uyğun tamıma, tamaşa hamı oyundadı

Nənəsinin donundadı, yaxşı qırxır canavarlar yunu 

Qoyuna soyuqdu günah qoyundadı 

Tam mənası:

Həqiqətin nə olduğunu biləndən sonra, daha aydın şəkildə saxtakarlığı və yalanı görə bilirəm. Amma şər qüvvələr qırmızı papaq nağılındakı canavar kimi, insanlara pis şeyləri yaxşı şey kimi təqdim edir. Qoyunun yununu qırxır (talan edir, oğurlayır, zərər yetirir) amma günah qoyunun özündədir ki, qulağa xoş sözlərə sevinir, gözə xoş mənzərəyə baxıb aldanır. Və nəticədə özü lüt qalır.

[2]

Sənin qızıl zəncirlərin boynundadı

Burada qızıl zəncirlər iki anlamda işlənir:

Birinci məna – Boyunda qızıl zəncir Lyuks, zənginlik əlamətidir.

İkinci məna – Qızıldan zəncir, yəni bu zəngin həyat tərzini seçməklə əslində maddiyyatdan asıllı vəziyyətə düşürsən və səni qul edən zənciri özün boynuna taxırsan. 

Sənin qızıl zəncirlərin boynundadı 

Faizsizdi sənə zindanın gecəsi 

Qulun adı nədi, yüklə belinə arzusun 

Gördüyünüz kimi növbəti sətirlərdə bu daha aydın bilinir. Faizsizdir zindanın gecəsi – deyərkən faizsiz kreditlər, 0 ilkin ödəniş kimi şirnilikləşdirici kampaniyalar nəzərdə tululur. Bunları QQ gecəsi pulsuz olan zindana bənzədir. Yüklə belinə arzusun – Canavarlar sizə faizsiz kreditlə, qızıldan zəncirlərlə saxta arzuları soxuşdurur, arzularınızı belinizə yükləyir və pulsuz zindanlarına öz ayağınızla girirsiz.

[3]

Burada ata deyərkən valideynlər, böyüklər nəzərdə tululur. Yəni valideynlər maddi maraqlarının torunda ilişib, reklamlara, cəmiyyətə baxaraq gah kreditə maşın alır, gah hansısa mənasız şeylərə pul xərcləyir, ayağını yorğanına görə uzatmır və beləcə hörümçək toruna düşür. Öz ehtiyyac və istəklərinin qulu olur. 

Ata torundadı hörümçəyin 

Oğul maldı çünki dilindədi otun dadı

Bu sətirə diqqət etsəniz burada iki mənalı söz oyunu var. 

Artıq anladıq ki, canavarlar ataların başını kreditlə, var dövlətlə qarışdırırlar. Amma burada canavarlara lazım olan, dəyər verdikləri heç atanın özü deyil – onun oğludur. Oğul maldır – (mal mülk mənasında) yəni valideynləri kredit toruna sarımaqda məqsəd, yeni nəsil gəncliyi əldə etməkdir. Belə ki, başı pul qazanmağa qarışan valideynin övladın tərbiyyəsinə vaxtı olmaz. 

İkinci Mənada oğul maldır, qoyundur çünki otlayır – Burada QQ narkotikdən istifadə etməyi qoyun olmağa bənzədir və deyir ki, birinin fikri-zikri otdursa ya inəkdi ya qoyundu. 

Üç başlı söz oyunu da demək olar – maldır dilindədir otun dadı – burada mal üçüncü mənada narkotin mənasında işlənir. (Mal, şey, ot və.s )

Atanın ananın başı qarışıb pul qazanmağa oğul da uyuşduruculara meyl edir. 

[4]

Eyni durumdadı yeni nəsil

Mənə deyirlər ki, burnunun ucundan o tərəfi görmür

Hərfi anlamda gəncliyin fikri-zikri burnundadır ki, nə çəksin. Amma ikinci anlamda – burnundan o tərəfə heç nə görmür. 

Burnunun ucundan o tərəfi görməmək – Azərbaycan frazeoloji söz birləşməsidir. Bu çox bayağı, sarsaq insanlara deyilən cümlədir. Yəni nəinki uzaq görən deyil hətta burnundan o tərəfi belə görmür. 

Misal

“Salman dayı burunun ucundan o yanı görmürdü. Hamı deyirdi ki, bu işin qışı var. Buğdalar nəmişlikdə qalıb çürücəyək.”

[5]

Ağlı burnundadı, yarısının ağlı dalındadı 

Ulduz falındadı, gələcəyi puç, dolu dünəni yalan

 

Burada daha bir söz oyunu var. Belə ki, ilk sətirdə “ağlı burunundadır” narkotikə aiddirsə. İkinci sətrin əvvəli kimi “ağlı burnundadır, ağlı dalındadır” – burada qızların cərrahi əməliyyat, xarici görünüşə bu qədər önəm verilməsinə işarədir. Bütün düşüncələri burnum necədir, dalım necədir olub. 

 

 

[6]

Ulduz falındadı, gələcəyi puç, dolu dünəni yalan

 

Ulduz falındadır – bir daha gəncliyin bayağılığına işarədir, 

Gələcəyi puç – bu gedişlə onları boş mənasız gələcək gözləyir. 

Dolu dünəni yalan – tarixini, özünü, keçmişini bilmir. 

Amma QQ paylaşımlarının ulduzların xüsusi düzülüşünə görə olduğunu bilərək daha dərin məna ola bilər.

Ulduz falındadı, gələcəyi puç – ulduzlara görə bu nəsilin gələcəyi puç olacaq. Qarşıdan gələn bir təhlükəyə işarədir.

[7]

Nə qədər ki, gözün bağlı səni dartacaqlar

Hara istəsələr gedəcəksən, pulu qurumların

Savadsız olduqca, həqiqəti bilmədikcə müxtəlif qurumlar pul və digər vasitələr ilə səni manipulyasiya edib istədikləri yerə yönləndirəcəklər. 

[8]

Quru qorxuların, qolundakı sarğıların 

Saxta qorxduqların müqəvvadı — içləri dolu saman

“Quru” sözü Azərbaycan məşiət dilində “boş, əhəmiyyətsiz” mənasında işlənir, məsələn quru maaş.  Quru qorxuların, qolundakı sarğıların –  QQ burada əslində bu təhlükənin saxta olduğunu bildirir. Necə ki, arzuladıqların sənə yalandan aşılanıb eləcə də qorxduğun şeylər əslində o qədər də qorxulu deyil.

Saxta qorxduqların müqəvvadır – içləri dolu saman 

QQ bu qorxuları müqəvvaya bənzədir və  bildirir ki, əslində qorxduqlarınız o qədər də güclü deyil. Hətta çoxusunun içi saman kimi boşdur. 

Müqəvva bağlarda bostanlarda quşları qorxutmaq üçün düzəldilən qədim süni keşikçidir. Müqəvvanı çox vaxt köhnə paltardan düzəldirlər, köhnə pencəyin içinə saman doldurub taxtadan asırlar. Quşlar da uzaqdan bunu insan bilib bostana, tarlaya yaxınlaşmır, ərzaqı korlamır.

[9]

Kimdi gözün yuman hansı qutularda gəlir 

Gecələr kim növbə çəkən sərhəddə, nə onun adı?

Narkotik vasitələr ölkəyə bir yolla sərhəddən keçirsə, demək ki, özümüzdən kimlərsə bunu içəri buraxır. Burada QQ soruşur, hansı daxili düşmənlər buna yol verir?

[10]

Mənə söylə gənclər istər ola avam 

Kimin, hansı Geohörümçəyin planındadı, torundadı? 

Geohörümçək haqda məlumat Birinci Dərəcə toplandıqda veriləcək.

[11]

Bilmirəm nə onun dadı, mənə şeiri yazdıran 

Deyil tüstü, yazdıran alovdu, alov ruhumdadı

Alov ruhundadı sənin də, bizim eyni ruhumuz 

Səni aldadıblar deyiblər ki, yoxdu adın 

Burada QQ narkotik vasitələrin dadını belə bilmədiyini bildirir. Daha sonra deyir ki, əgər kimlərsə şeir yazmaq üçün “tüstü”- dən (ot, narkotik) istifadə edirlərsə onu yazdıran tüstü deyil içindəki Alovdur.

[12]

Alov ruhundadı sənin də, bizim eyni ruhumuz 

Səni aldadıblar deyiblər ki, yoxdu adın

Daha sonra şeirlərini narkotik altında yazanlara və bu tüstüyə uyanlara üz tutub bildirir ki, mən sizədən üstün deyiləm. Alov mənim ruhumdadır, amma bizim ruhlarımız eynidir. Sadəcə səni aldadıb manipulyasiya ediblər və düşünürsən ki, tüstü olmadan bir şey deyilsən, yoxdur adın.

Yoxdur adınidentity crisis – ə işarədir. Burada QQ bildirir ki, özünü tanımaq, dərk etməmək səndə psixoloji kompleks yaradır və narkotik vasitələrə yol atırsan. Yəni bunu sevməyinin əsasında şəxsiyyətin yoxluğu durur. Həqiqətən də narkotikə qurşanan insanların tənha, ruhən zəif və tez qırılan şəxsiyyətlərinin olduğu onlarla elmi tədqiqatda sübut olunub. 

Burada QQ onları aşağılamır və bildirir ki, özlərini itirmələri, şəxsiyyət krizisi keçirmələri yalan və manipulyasiya nəticəsində olub. Yəni yaşadıqları  faciə həqiqətə yox yalana əsaslanır və oradan rahat çıxa bilərlər. 

[13]

Sən heç kəssən, lazım deyilsən heç kəsə 

Çək içinə tozu, təkcə xoşbəxtliyin iynə sonundadı

Xarici ya daxili düşməndi, bilmirəm 

Amma gözə görünməz müharibənin dəsti-xəttindədi, tonundadı

Burada bir daha şəxsiyyətin sınıqlığına işarədir. Gənclərə dəyər verilmir, məktəbdə, ailədə, cəmiyyətdə dəqiq məqsədləri olmadığından azırlar və belə olduqda uşaqlar xoşbəxtliyi iynənin sonunda axtarırlar. Yəni həqiqi xoşbəxtlik olmadıqda sintetik (süni, kimyəvi) xoşbəxtliyə üz tuturlar. Bunlara misal, tütün, narkotik, uyuşdurucu maddələr, içki ola bilər.  

Xarici ya daxili düşməndi, bilmirəm 

Amma gözə görünməz müharibənin dəsti-xəttindədi, tonundadı

Gözə Görünməz Müharibə haqda məlumat Birinci Dərəcə üzvlərinə veriləcək. 

[14]

Sən tək deyilsən, biz dəstə –

Bu haqda Birinci Dərəcə toplandıqda ətraflı məlumat veriləcək. 

Gözüm açılandan bəri gopun dadı 

Deyil uyğun tamıma, tamaşa hamı oyundadı 

Nənəsinin donundadı, yaxşı qırxır canavarlar yunu [1]

Qoyuna soyuqdu günah qoyundadı

 

Sənin qızıl zəncirlərin boynundadı [2]

Faizsizdi sənə zindanın gecəsi 

Qulun adı nədi, yüklə belinə arzusun

Ata torundadı hörümçəyin, [3] oğul maldı çünki dilindədi otun dadı [4] 

Eyni durumdadı yeni nəsil

Mənə deyirlər ki, burnunun ucundan o tərəfi görmür [5]

Ağlı burnundadı, yarısının ağlı dalındadı 

Ulduz falındadı, gələcəyi puç, dolu dünəni yalan [6]

Nə qədər ki, gözün bağlı səni dartacaqlar

Hara istəsələr gedəcəksən, pulu qurumların [7] 

Quru qorxuların, qolundakı sarğıların 

Saxta qorxduqların müqəvvadı — içləri dolu saman [8]

***

Xeyir ilə şərin, ağ ilə qaranın arasında boz bir şəhər 

Sakinləri yarı mələk, yarı cinlər

Zavod boruları, teleqüllələri, göydələnlər, minarələr 

Bəyaz duman çökər, şəhər gözdən itər

***

Bəyaz duman yayıldıqca şəhər quyudadı

Yeni nəsil ölür yavaş sanki balıq qurudadı

Kimdi gözün yuman hansı qutularda gəlir 

Gecələr kim növbə çəkən sərhəddə, nə onun adı? [9]

Mənə söylə gənclər istər ola avam 

Kimin, hansı Geohörümçəyin [10] planındadı, torundadı? 

Mikrafonundadı böyük qardaşın qayıdıb [11]

Göstər kim xətrinə dəyib, hansı məhəllənin qoduqları

Bilmirəm nə onun dadı, mənə şeiri yazdıran 

Deyil tüstü, yazdıran alovdu, alov ruhumdadı

Alov ruhundadı sənin də, bizim eyni ruhumuz

Səni aldadıblar deyiblər ki, yoxdu adın [12]

Sən heç kəssən, lazım deyilsən heç kəsə 

Çək içinə tozu, təkcə xoşbəxtliyin iynə sonundadı

Xarici ya daxili düşməndi, bilmirəm 

Amma gözə görünməz müharibənin [13] dəsti-xəttindədi, tonundadı

***

Qorxma yapış əlimdən

Səni çıxarım içindən, cəhənnəmin tam dibindən

Səni qurtarım dərddən

Qorxma yapış əlimdən

Səni çıxarım içindən cəhənnəmin tam dibindən

Sən tək deyilsən, biz dəstə [14]

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

QQ həyatı boyunca narkotik, içki və tütündən istifadə etməyib. Bu vasitələrə əl atmadan da yaradıcı, uğurlu, zəngin və azad olmaq olar. Əksini deyənlər sənə düşməndir.

Bir xalqı məhv etmək üçün ilk öncə onun gənc, güclü, kişi nəslini sıradan çıxarmaq lazımdır.

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.