BİRİNCİ DƏRƏCƏ NƏDİR?

Azərbaycanın ən fəal və kamil gənclərini bir araya toplayırıq! Birinci Dəcərə adı altında artıq minlərlə insan toplaşıb. İçimizdə  rejissorlar, rəssamlar, tələbələr və iş adamları, idmançılar və musiqiçilər, məktəblilər və parlaq düşüncəli gənclər var!

Birinci Dərəcə birinci mərhələdir və gələcəkdə olacaq işləri hələlik sirr olaraq saxlayırıq! Birinci Dərəcəyə hər kəs dəvətlidir! Birlikdə özümüz, ölkəmiz və dünya üçün faydalı olacaq maraqlı işlərə imza atacağıq!

Qoşulduqdan sonra sənə bizdən email gələcək! Orada daha ətraflı məlumatlar olacaq! 

TEZ TEZ VERİLƏN SUALLAR

DƏRƏCƏ NƏDİR?

Ətraflı məlumat email vasitəsi ilə göndəriləcək.

EMAİLSİZ QOŞULMAQ OLAR?

Xeyr, email ünvanı olmadan Dərəcəyə qoşulmaq mümkün deyil çünki əlaqə yalnız email vasitəsi ilə olacaq.

KİM QOŞULA BİLƏR?

Yaşından və cinsindən asıllı olmayaraq hər kəs qoşula bilər.

MƏQSƏD NƏDİR?

Məlumat məktubla göndəriləcək

QOŞULMAQLA NƏ ƏLDƏ EDƏCƏM?

Bunu ilk məktublardan anlayacaqsan.

Dərəcənin üçün nə edim?

Dərəcədə nə qədər sayımız çox olsa o qədər güclü olacağıq. Bunun üçün! .

  1. QQ səhifələrindəki insanları Dərəcə haqqında məlumatlandır.
  2. QQ  ilə əlaqəsi ola biləcək digər məşhur səhifələrdə Dərəcə haqda şərh yaz, insanları qoşulmağa dəvət et.
  3. Sənin kimi fəal digər üzvləri tap və onlarla birlikdə bunu necə edəcəyinizi düşünün – Güc Birlikdədir.
  4. QQ mahnılarını paylaşmaqla avtomatik olaraq daha çox insanı cəlb etmiş olursan.
  5. QQ ilə heç bir əlaqəsi olmayan səhifələrdə insanları xəbərləndir – beləcə səsimiz çatmayan yerlərin carçısı sən ol.
  6. Bütün onlayn alətlərdən istifadə edərək bunu et – Video, audio, mətn.
  7. Yuxarıda sadalananları etdikdən sonra etdiklərini siyahı şəklində [email protected] ünvanına göndər.

İmtina – I Dərəcə heç bir halda sizin şəxsi informasiyanı yayımlamayacaq. Heç bir zaman qanuna zidd əməllərə çağırmayacaq. Heç vaxt spam emaillər və reklam xarakterli bezdirici mətnlər göndərməyəcək. Qanunsuz, pornoqrafik, söyüş, alkoqol, tütün, qumar bədənə və ya ruha ziyanlı rəqəmsal və fiziki məhsulları təbliğ etməyəcək. İstədiyiniz zaman ayrıla biləcəksiniz.