QARAQAN

Günəş Altında

13.01.24

Günəş altında – Yahudi və Xristiyanların ortaq olaraq müqəddəs saydıqları “Vaiz” Hikmək kitabına işarədir.

Vaiz həyatın mənasız olmasından yazır və bədbin şəkildə hər şeyin puç olmasını bildirir. Bu kitab sıxıcı və  qəmli olmasına baxmayaraq müqəddəs kitablar sırasına salınır və Vaiz müqəddəsləşdirilir. Bu bir işarədir ki, hətta kədər belə, boşluq və azğınlıq belə həqiqətə aparan yol ola bilər. Hikmət kitabı bir işarədir, bəzən evinin qapısını unudub haqqın qapısına çıxarsan.

Hikmət Kitabı | VAİZ  01 – 13

Hər şey puçdur, puçdur, tamam puçdur! İnsanın səma altında çəkdiyi bütün zəhmətlərinin nə faydası var? Bir nəsil gedir, o biri nəsil gəlir, amma dünya daim qalır. Günəş çıxır, günəş batır, sonra tələsik yerinə dönür ki, təzədən çıxsın. Külək cənub səmtinə əsir, sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, öz yolunu təkrar edir. Bütün çaylar dənizə axır, amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, təzədən axsınlar. Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, göz görməkdən doymur, qulaq da eşitməkdən. Nə olubsa, yenə olacaq, nə edilibsə, yenə ediləcək. Ona görə də günəş altında yeni heç nə yoxdur. Məgər bir şey var ki, onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl. Əvvəlki şeylərdən heç nə xatırlanmır, gələcəkdə baş verən şeylərdən də bundan sonra gələnlər arasında heç nə xatırlanmayacaq. Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.

Günəş Altında

 

Günəş altında yox yeni heç nə 

Keçmək istədiyin sərhədləri [1]  kimsə səndən öncə keçib

İlk dəfə gördüyün dənizi min illər öncəsi Ezop [2]  içib

Köhnə içi hər şeyin, təzə ancaq üz qabığı, ev qabağı

Qoca dərzinin iti baxışına sataşır sapları yeni yamağın, yeni sabahın [3]  

 

Ürəklərdə nə nurdu, nə qaranlıq — bizim ürəklər alatoranlıq

Günəş altında yox yeni heç nə, yarı Tövrat, yarı Quranlıq

Səhranı dolandı, qumlara uzandı, çoban aqil [4] 

Öyündü: “Burda ilk yatan mənəm” — xəbərsiz, yatır qumun altında Babil [5]

 

Günəş altında yox yeni heçnə 

Gəlir gündüz bitir gecə

Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər

Günəş altında yox yeni heçnə 

Heçnədən gəlib dönürük heçə

Əvvəlin sonu, səhranın qumu

Damlayam dənizin yarıyam mən [6]

 

Günəş altında yox yeni heçnə

Oxunub bütün nəğmələr, bəstələnib şeirlər

Bu dizini mən bilirəm əzbər, baxmayanlar, sizə xoş seyirlər

Sizə xoş səyahətlər, çıxacaqsız dünyanı səyahətə  

Bir gün varacaqsız mənim kimi sonuna Qərbin 

Deyib, ağacan, bu ki, beşiyi Şərqin 

İçi didərgin, içi susqun, içi viranə, içi gərgin 

Neçə məşum, neçə zavallı, üzü təbəssümlü, amma içi bədbin

Necə kəskin xəncərə çevriləcək filizin, əgər yonmasan öz içini, qəlibin

Xəncərinin qəlibi qəlbin, atəşi talehin, çəkici dərdin  [7]

Ölü balıq üzər axın ilə, ancaq diri balıq axın əksinə üzəcək [8]

Özgəni imdadı bilən, yüz qapı döyüb öz qəlbinə dönəcək

Məninə varacaq, yetəcək, qum dənələri səhraları yapanda 

Doğanda qığılcımlar atəşi, balaca damla dəniz olduğun biləcək  [9]

 

Günəş altında yox yeni heçnə 

Gəlir gündüz bitir gecə

Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər

Günəş altında yox yeni heçnə 

Heçnədən gəlib dönürük heçə

Əvvəlin sonu, səhranın qumu

Damlayam dənizin yarıyam mən

[1]

“Sərhədlər” iki mənada işlənib. Gedəcəyin yerləri kimsə səndən öncə gedib. Aşacağın mənəvi, mental səddləri kimsə səndən öncə aşıb.

[2]

İlk dəfə gördüyün dənizi min illər öncəsi Ezop içib

Ezop qədim yunan təmsil ustası idi. Təxminən eramızdan əvvəl 620 – 564-cü illərdə yaşayıb. Ezopun kölə olub amma təfəkkürü və hazırcavablığı ilə seçilib. Sonradan ona azadlıq verilib. Ezop təmsil və məsəlləri ilə tanınır. 

Deyilənə görə bir gün Ezopun sahibi dostları ilə çoxlu içibmiş və içki məclisində dostlarından biri ilə mərc gəlir ki, bütöv dənizi içəcək.  Səhərisi gün ağlı başına gələndə çıxılmaz vəziyyətə düşdüyünü anlayır və ağıllı qulu Ezopdan kömək istəyir. Hər kəs yığılır dənizin qırağına ki, görsünlər Ezopun sahibi necə dənizi içir. Ezop o zaman deyir, mənim sahibim dənizi içməyə başlayacaq amma görürsünüz nə qədər çay tökülür bu dənizə? O içdikcə çayın suyu təzədən dənizə dolacaq və dənizi içib bitirmək olmayacaq. Ona görə mərc ədalətli olsun deyə siz çayların qarşısını kəsin, sonra sahibim dənizi içsin. Beləcə çıxılmaz vəiyyətdə qalan camaat mərci ləğv edir. 

QQ burada bildirir ki, insanlar yeni bir dəniz sahilinə gələr (inkişaf, yenilik, kəşf) və bunu bir ilk kimi qələmə verərlər. Halbuki həmən dənizi 2500 il əvvəl başqa birisi içirmiş.

Zamanın sürətinə və insan həyatının necə qısa olmasına, dəyərli saydığımız şeylərin necə puç olmasına nümunədir. 

[3]

Qoca dərzinin iti baxışına sataşır sapları yeni yamağın, yeni sabahın 

Yalnız ustad dərzinin gözləri yaxşıca tikilmiş bir yamağı görər və anlayar ki, bir paltar təzə deyil. Eləcə də həyatı tam dərk etmiş, müdrik insanlar hər yeni səhərdə bir yamaq görər. Keçmişin, tarixin bir “parça”-sını görüb anlayar ki, bu səhərdə yeni heç bir şey yoxdur.

[4]

Səhranı dolandı, qumlara uzandı, çoban aqil

Çoban Aqil – iki anlamda işlənir. 

Birincisi, ironiya ilə ağıllı çoban, aqil çoban mənasında işlənir.  

İkincisi, Çoban Aqil, yəni Aqil adında bir çoban. Adı ilə çağırılma onun  sıradan biri olmasına işarədir. Çoban Aqil, ovçu Pirim, usta Zeynal – burada Çoban Aqil deməklə QQ sıradan, əhəmiyyətsiz bir insanın səhranı dolanıb bir ayaq izi basılmayan hissəsinə gəlməsini göstərir.

[5]

Öyündü: “Burda ilk yatan mənəm” — xəbərsiz, yatır qumun altında Babil

Sıradan bir çoban səhranı dolanıb ayaq izi olmayan bir yerdə uzanır və fikirlərşir. Yəqin ki, burda yatan ilk insanam, axı səhranın burasında məndən başqa heç kəsin ayaq izi yoxdur. Amma bu ağıllı çobanın xəbəri belə yoxdur ki, yatdığı səhranın altında Babil şəhəri var və orada yüzminlərlə insan onun kimi yatır. Həqiqətən də Babil şəhərinin qalıqları Bağdaddan bir az uzaqlıqa təpələrin çöllərin altında tapılmışdı. Köçəri çobanlar  min illər onun üstündən keçər və bilməzdilər ki, ayaqlarının altında tarixin ən nəhəng megapolislərindən biri yatır.

QQ burada bir daha bizim  gözümüzdə qaldırdığımız nailiyyətlərimizin bütöv tarix müstəvisində nə qədər cılız olduğunu bildirir. Qürururmuz bir çobanın səhrada uzanıb öyünməsi kimidir.

[6]

Damlayam dənizin yarıyam mən

Damlanın dənizin yarı (yarısı) olması qədim ezoterik bilgilərə işarədir.

[7]

Necə kəskin xəncərə çevriləcək filizin, əgər yonmasan öz içini, qəlibin

Xəncərinin qəlibi qəlbin, atəşi talehin, çəkici dərdin

QQ insan qəlbini xəncərin qəlibinə, talehi atəşə, dərdləri isə çəkicə bənzədir. Bildiyiniz kimi bir xəncəri hazırlamaq üçün öncə torpaqdan filiz toplanır, bu filizin tərkibində yüzlərlə fərqli mineral və metal növləri olur. Daha sonra bu filizin faydalı metalları ayrılır və alovda yandırılır. Yanan metal əriyib maye halına gəlir və sonra bu maye qəlibə tökülür. Qəlib, tökmə vasitəsilə müəyyən formalı əşyalar hazırlamaq üçün içərisi həmin formaya uyğun şəkildə düzəldilmiş qaba deyilir – bu qablara ərgin və ya horra halında tökülən maddə soyuduqdan və ya quruduqdan sonra həmin qabın içinin şəklini alır.

Daha sonra isə bu xəncəri çəkiclə döyməklə onu bərkidir və daha  iti formaya salırlar. 

QQ xəncər misalında bildirir ki, bir insanın ruhunun bərkiməsi, faydalı olması üçün onun ürəyinə çəkiclər də dəyəcək, içində atəşlər də yanacaq və ruh öz mütləq halına çatacaq. 

[8]

Ölü balıq üzər axın ilə, ancaq diri balıq axın əksinə üzəcək 

Çay kənarında balıqlara baxsan axın ilə üzən balıqdan anlaya bilməzsən diridir ya ölüdür. Ölü balıq axına düşər və diri kimi görünər. Yalnız axının əksinə üzəndə balığın həqiqi diriliyi aşkar olur. Eləcə də axın ilə gedən insanın ölü ya diri olduğunu bilməzsən. Yalnız axına qarşı gedən insanın diri olmasına əmin ola bilərik.

[9]

Məninə varacaq, yetəcək, qum dənələri səhraları yapanda 

Doğanda qığılcımlar atəşi, balaca damla dəniz olduğun biləcək 

Qum dənəsi ayrılıqda bir qum dənəsidir. Birlikdə isə səhradır.

Qığılcım yanar və sönər amma doğru mühitdə və zamanda yanğına çevrilər.

Eləcə də bunlara baxan balaca damla, öz daxilində bir dənizin yatdığını görər. Daxili gücünü hiss edər. Həqiqi potensialını anlayar. Burada Dərəcəyə bir işarə var.

Günəş altında yox yeni heç nə 

Keçmək istədiyin sərhədləri [1]  kimsə səndən öncə keçib

İlk dəfə gördüyün dənizi min illər öncəsi Ezop [2]  içib

Köhnə içi hər şeyin, təzə ancaq üz qabığı, ev qabağı

Qoca dərzinin iti baxışına sataşır sapları yeni yamağın, yeni sabahın [3]  

 

Ürəklərdə nə nurdu, nə qaranlıq — bizim ürəklər alatoranlıq

Günəş altında yox yeni heç nə, yarı Tövrat, yarı Quranlıq

Səhranı dolandı, qumlara uzandı, çoban aqil [4] 

Öyündü: “Burda ilk yatan mənəm” — xəbərsiz, yatır qumun altında Babil [5]

 

Günəş altında yox yeni heçnə 

Gəlir gündüz bitir gecə

Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər

Günəş altında yox yeni heçnə 

Heçnədən gəlib dönürük heçə

Əvvəlin sonu, səhranın qumu

Damlayam dənizin yarıyam mən [6]

 

Günəş altında yox yeni heçnə

Oxunub bütün nəğmələr, bəstələnib şeirlər

Bu dizini mən bilirəm əzbər, baxmayanlar, sizə xoş seyirlər

Sizə xoş səyahətlər, çıxacaqsız dünyanı səyahətə  

Bir gün varacaqsız mənim kimi sonuna Qərbin 

Deyib, ağacan, bu ki, beşiyi Şərqin 

İçi didərgin, içi susqun, içi viranə, içi gərgin 

Neçə məşum, neçə zavallı, üzü təbəssümlü, amma içi bədbin

Necə kəskin xəncərə çevriləcək filizin, əgər yonmasan öz içini, qəlibin

Xəncərinin qəlibi qəlbin, atəşi talehin, çəkici dərdin  [7]

Ölü balıq üzər axın ilə, ancaq diri balıq axın əksinə üzəcək [8]

Özgəni imdadı bilən, yüz qapı döyüb öz qəlbinə dönəcək

Məninə varacaq, yetəcək, qum dənələri səhraları yapanda 

Doğanda qığılcımlar atəşi, balaca damla dəniz olduğun biləcək  [9]

 

Günəş altında yox yeni heçnə 

Gəlir gündüz bitir gecə

Atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər

Günəş altında yox yeni heçnə 

Heçnədən gəlib dönürük heçə

Əvvəlin sonu, səhranın qumu

Damlayam dənizin yarıyam mən

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.