QARAQAN

Mərcan Ağacı

08.04.24

Mərcan Ağacı mahnısını ayrıca dinləməklə anlaşılmaz. Bu mahnının tam mənasını anlamaq üçün Gözə Görünməz Müharibədə “İlanın Günəşi Yediyi Boy” ilə tanış olmaq, QQ instagram səhifəsini öncələrdən izləmək və Canavarçanı oxumaq lazımdır. Eləcə də Azərbaycan tarixi, mədəniyyəti və mifologiyasından xəbərdar olmaq lazımdır. Bunları bilməyənlərə mahnının heç bir cümləsi anlaşılmayacaq, anlaşılmadığı üçün də təsir etməyəcək.

Doğma olsa da səsim

Aldanma küyə, biz səninlə tanış deyilik          

Mən yoldaşı heç kəsin 

Yolum elə uzun bir neçə ömürdü gedirəm

 

Yaranır yeni yaratıq

İçim qırx otaq, qırx qapı — hər birində div yatır [1]  

Çıxart pencəyini isti olacaq 

Məlikməmmədin quyusuna enirik

 

Ruhdan düşmüşlərə həb ruhu zamanın

Yağış olum bağrına quru Aranın

Olum haramın, olum qadağanın   

Uzaq qəribin, qəribə adamın, səsi Yaradanın

 

Sanki dumana qarşı işıqları faranın

Yolun azanda karvanın olum sarvanın [2]  

Mən yuxusuyam Brahmanın [3]

Babilin qapılarındakı aslanlar üzür boynun Daranın [4]

Mənim içimdə

Yeddi Gözəl, On iki Boy, Qırx Şikəstə, İyirmi Soy

Mənim içimdə

Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı 

Çənlibeldə bu gün toy

Hoydu dəlilərim, hoydu!  

Qırx qazan yedi doydu!

Qaçaq qulduru soydu!

Hasan gözlərin oydu!

Yazdı Tanrı, oxudu tar  

Pəncəm əlcək oldu dar

Çəkdi nərə Gəncə, qorxdu çar

Kür qırağın əcəb seyrangahı var

Xarı bülbülün səsi

Sirrlərin xəzinəsi

Hər yükün öz Fitnəsi

Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb

Birləşdi Kürlə Araz

Köhnə nəsil, yeni nəsil

Mənim içimdə

Leyli Məcnunun yanında

Kərəm Əslinin yanında

Müşfiq dincəlir bağında 

Rövşən Misrinin yanında

Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran

Yanar dağ Zərdüştü yandıran [5]

Bir çomaq Bəhr-əl-Əhmarı ayıran

Yanan kol həqiqəti bağıran [6]

Xeyir ilə Şərin

Doğru yalan arası yer var, orda görüşək [7]

Atəşböcəyi təkin od vura zəmilərə söz közü

Sükut alışa, aşıq alıb sazın danışar  

Yeniçəri tanır atasını barışar [8]

Canım Mərcan Ağacı, uzaqlaşdıqca budaqlarım kökümdən

Yarpaqlarım öz qanıma qarışar [9]

[1]

Məlikməmməd nağılında Məlikməmməd quyuya enir və qırx otaqda hərəsində bir divin yatdığını görür. QQ burada bildirir ki, gizli olanlar yavaş yavaş üzə çıxacaq.

[2]

QQ özünü işığı zəif olan duman faralarına bənzədir. Sıradan günlərdə az dinləyərsən, az istifadə edərsən, işığı çox parlamaz amma pis gündə, duman çökəndə səni məhz bu zəif bildiyin işıq xilas edər.

Sarvan – Karvanın bələdçisinə, yol göstərəninə deyilir. 

[3]

Brahman Hinduizmin ali və universal mənəvi həqiqəti kimi qəbul edilən anlayışdır. Brahman kainatın və hər şeyin əsasında duran hüdudsuz, dəyişməz və mütləq reallıq hesab olunur.

“Brahmanın yuxusu” anlayışı Veda fəlsəfəsində mühüm yer tutur. Bu konsepsiya bütün kainatın Brahmanın yuxusu olması, hər şeyin əsasında mənanın, ideyanın, sözün durmasına əsaslanır.

[4]

Məna Birinci Dərəcə üçün qapalıdır.

[5]

Nəqarətdə QQ içindəki dəyərlərdən bəhs edir. Burada Muğam, Koroğlu, Vaqif, Mikayıl Müşfiq, Əsli və Kərəm, Nizami, Atəşpərəstlik, Osmanlı, Gəncə üsyanı və digər dəyərlər, tarixi hadisələr, əsərlər, şəxsiyyətlər sadalanır. Lakin ‘İlanın Günəşi Yediyi Boy’ ilə tanış olanlar üçün daha maraqlı mənalar var. 

[6]

Burada Yahudiliyin əsas hadisələrindən Qırımızı dənizin aralanması və Sinay dağında Yahvenin yanan kol cildində Musa Peyğəmbər ilə söhbətindən bəhs olunur.

[7]

Burada Mövlanaya işarə var.

[8]

Osmanlı ordusu fəth etdiyi yerlərdən oğlan uşaqlarını əsir götürər daha sonra onları döyüşçüyə çevirər, yenidən tərbiyyələndirər və kimliyini unutdurardı. Bu uşaqlar böyüyüb xüsusi Yeniçərilər ordusuna daxil olar və gələcəkdə rahatca öz doğma vətənlərinə hücum edər, hətta öz valideynlərini də öldürə bilərdilər.

QQ bildirir ki, kökündən ayrılan insanı sonunda özünə qarşı çevirərlər.

[9]

Bunu anlamaq üçün Gözə Görünməz Müharibənin İkinci hissəsini oxumaq lazımdır. 

Doğma olsa da səsim

Aldanma küyə, biz səninlə tanış deyilik          

Mən yoldaşı heç kəsin 

Yolum elə uzun bir neçə ömürdü gedirəm

 

Yaranır yeni yaratıq

İçim qırx otaq, qırx qapı — hər birində div yatır

[1]  

Çıxart pencəyini isti olacaq 

Məlikməmmədin quyusuna enirik

 

Ruhdan düşmüşlərə həb ruhu zamanın

Yağış olum bağrına quru Aranın

Olum haramın, olum qadağanın   

Uzaq qəribin, qəribə adamın, səsi Yaradanın

 

Sanki dumana qarşı işıqları faranın

Yolun azanda karvanın olum sarvanın

 [2]  

Mən yuxusuyam Brahmanın [3]

Babilin qapılarındakı aslanlar üzür boynun Daranın [4]

Mənim içimdə

Yeddi Gözəl, On iki Boy, Qırx Şikəstə, İyirmi Soy

Mənim içimdə

Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı 

Çənlibeldə bu gün toy

Hoydu dəlilərim, hoydu!  

Qırx qazan yedi doydu!

Qaçaq qulduru soydu!

Hasan gözlərin oydu!

Yazdı Tanrı, oxudu tar  

Pəncəm əlcək oldu dar

Çəkdi nərə Gəncə, qorxdu çar

Kür qırağın əcəb seyrangahı var

Xarı bülbülün səsi

Sirrlərin xəzinəsi

Hər yükün öz Fitnəsi

Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb

Birləşdi Kürlə Araz

Köhnə nəsil, yeni nəsil

Mənim içimdə

Leyli Məcnunun yanında

Kərəm Əslinin yanında

Müşfiq dincəlir bağında 

Rövşən Misrinin yanında

Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran

Yanar dağ Zərdüştü yandıran [5]

Bir çomaq Bəhr-əl-Əhmarı ayıran

Yanan kol həqiqəti bağıran [6]

Xeyir ilə Şərin

Doğru yalan arası yer var, orda görüşək [7]

Atəşböcəyi təkin od vura zəmilərə söz közü

Sükut alışa, aşıq alıb sazın danışar  

Yeniçəri tanır atasını barışar [8]

Canım Mərcan Ağacı, uzaqlaşdıqca budaqlarım kökümdən

Yarpaqlarım öz qanıma qarışar [9]

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.