QARAQAN

ODGG

18.11.23

Söz şeirini yadınıza salın – Ona görə sənə dərmanı verəcəm “yeməklə” – QQ öncədən bildirir ki, İntibahı başlamaq üçün cəmiyyətin hər bir üzvünə təsir etmək lazımdır. Bunun üçün ağır mənalı şeirlər arasında həm də böyük kütlənin qavraya biləcəyi mahnılar da olmalıdır. O dünyanı Görüb Gəldim – asan qavranan olsa da axtaran üçün içində gizli mənalar ilə bol mahnıdır.  Burada QQ nə üçün bu uzun zamanda ondan heç bir xəbər çıxmamasına azca da olsa aydınlıq gətirir. 

O Dünyanı Görüb Gəldim

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu [1] 

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim  [2] 

 

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün 

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim

 

Hər kəsi tərk edib mən özüm olub gəldim 

Çəkildim qeybə və dünyanın sonu gəldi  

Getdim ki, görüm nə səhvdir, nə doğru gəlim 

Sözləri bitəndə hamının dolu gəldim [3]  

Dolu gəldim, dolu gəldi pəncərələrini çatladacaq

İri zənbil—məndə dolu mərmi, gətirdim beynini partladacaq  [4] 

Acı həqiqətimi xalq dadacaq

Qaşınmayan yaralarını qanadacaq

Onlar qanad açaraq uçar

Azad şərqilərim qərib aşiqi anladacaq

 

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim

 

Yeddi il şöhrətə mən oruc tutub gəldim  [5] 

Gətirdim quyudan sizi çıxaracaq kəndir

Gətirdiyim sizləri edəcək azad, ağıllı, güclü və zəngin 

Ovladım mamontu, mağarama doğru gəldim [6]

 

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim

[1]

Qayıtdım sizin getdiyiniz yolu – Məişət dilində bir nəfərin təcrübəsini vurğulamaq üçün deyilir. Amma burada ikinci mənada daha dərin bir anlamda işlənib. Cəmiyyət olaraq, şəxs olaraq biz hər hansısa bir yolu, dəyəri, ideyanı və ya inkişaf traektoriyasnı izləyirik. Hər kəs bir şeylərin ardıyca gedir. Burada QQ sizin getdiyiniz yolu qayıdıram deməklə bildirir ki, ümumi bir axın var. O isə bu axına qarşı gedir. Və hər kəsin getmək istədiyi yerlərdə artıq olub və geri dönməyi qərara alıb. Amma nə üçün qayıtdığını açıqlamır. 

[2]

Sildim eynəyinin zümrüdün

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim

Bu sətirlərə birlikdə baxmaq lazımdır. Eynəyin zümrüdü dedikdə o dəqiqə yada “Zümrüd şəhərinin sehirbazı” kitabı düşür. Bu nağılda balaca qız Zümrüd şəhərinə düşür orada hər şey zümrüddən olur və bütün şəhər onları idarə edən Sehrbaza heyrandır. Çünki o hər şeyi zümrüdə çevirib. Ağaclar, skamyalar, binalar hamısı zümrüddən. Qızcığaz yalançı sehrbazın kələyini açır. Şəhərdə hamı zümrüd eynəklər geyinməli idi. Bu eynəkləri taxan insanlar adi, sıradan şəhərdə hər şeyi zümrüddən bilir və böyük yalan içində yaşayırdılar. Sebhrbaz isə yalançı imiş.

Eləcə də eyni alleqoriyaya Matrix filmində rast gəlinir. Baş rolda olan Neo (Kianu Rivz) bir gün anlayır ki, yaşadığı dünyada hər şey illuziyadır. Əslində onlar böyük bir kompyuter oyununun (simulation) içindədirlər. 

Matriksi kökündən söndürmək, eynəklərin zümrüdünü silməklə QQ dünyanı artıq olduğu kimi görür və bu illuziyadan oyanıb. Lakin bunu etmək üçün özünü və ya Eqosunu və ya öz köhnə təfəkkürünü öldürməli olub.

[3]

Hər kəsi tərk edib mən özüm olub gəldim

Həqiqi özünü tapmaq üçün bütün kənar səslərdən, fikirlərdən uzaqlaşmalısan. 

Çəkildim qeybə və dünyanın sonu gəldi  

Adətən qeybə çəkilənlər dönəndə dünyanın sonu gəlir deyə bir fikir var. Burada QQ buna işarə edir. Və ya qeyb olub qayıdıb amma  tanıdığı dünyadan əsər-əlamət qalmayıb, deqradasiya gedib. 

Getdim ki, görüm nə səhvdir, nə doğru gəlim 

Burada susmasının səbəblərindən biri kimi, Həqiqətin nə olduğunu bilmədən bizlərə bir şey demək istəmədiyini anlayırıq. 

Sözləri bitəndə hamının dolu gəldim

Burada “Söz” mənanı və həqiqəti simvolizə edir – QQ bildirir ki, mənanın bitdiyi zamanda böyük bir həqiqət ilə geri gəlib. Amma nə olduğu açıqlanmır.

[4]

Beynini partladacaq – Amerika deyimi olan “Blow your mind” söz birləşməsinin hərfi tərcüməsidir. Adətən beyini partlatmaq çox qeyri adi, şüurun tab gətirmədiyi ağırlıqda olan yeni fikirə, xəbərə deyilir. 

[5]

Yeddi il şöhrətə mən oruc tutub gəldim – burada oruc tutmaq nəfsinə qalib gəlmək öz eqosunu cilovlamaq kimi istifadə olunur. İslamda və bir çox dünya dinləri və fəlsəfi məktəblərində insanlar müxtəlif növ oruclardan keçirlər. Kimisi günlərlə susur, kimisi ac qalır, kimisi ağrıya dözməyi öyrənir. Bu kimi praktikalar insanın iradə gücünü artırır. QQ bildiyimiz kimi, artıq 7 ildir ki, heç bir sosial şəbəkədən istifadə etmir, heç bir yerdə heç bir fikir bildirmir. Populyarlığın zirvəsində tamamilə dünyadan ayrılıb sadə insan həyatı yaşayıb. Bunu öz eqosunu öldürmək üçün tutduğu oruca bənzədir.

[6]

Ovladım Mamontu – Adətən birinin uzun müddət öz qəbiləsindən ayrılmasını qəbilə üzvləri pis qarşılayarmış. Bizi atıb getdi deyə düşünərmişlər. Amma həftələrlə geri dönməyən dəstə baçısı və ya ovçu geriyə qayıdanda özü ilə Mamont gətirirsə bütün qəbilə bunu bayram edərmiş. Çünki, Mamont (qədimi fil) o qədər böyük heyvan idi ki, bu qəbilə üçün uzun müddətlik azuqə idi. Momontun ətindən yemək, dərisindən paltarlar, sümüklərindən silah və alətlər hazırlanır, piyi isə mağaranın atəşini daha uzun ömürlü edirdi. QQ bildirir ki, ovdan gec gəlsəm də gətirdiyim mağarama çox faydalı olacaq. Həm də bizlərdən heç vaxt ayrılmadığını sadəcə uzun ovda olduğunu bildirir. 

O Dünyanı Görüb Gəldim

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu [1] 

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim  [2] 

 

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün 

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim

 

Hər kəsi tərk edib mən özüm olub gəldim 

Çəkildim qeybə və dünyanın sonu gəldi  

Getdim ki, görüm nə səhvdir, nə doğru gəlim 

Sözləri bitəndə hamının dolu gəldim [3]  

Dolu gəldim, dolu gəldi pəncərələrini çatladacaq

İri zənbil—məndə dolu mərmi, gətirdim beynini partladacaq  [4] 

Acı həqiqətimi xalq dadacaq

Qaşınmayan yaralarını qanadacaq

Onlar qanad açaraq uçar

Azad şərqilərim qərib aşiqi anladacaq

 

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim

 

Yeddi il şöhrətə mən oruc tutub gəldim  [5] 

Gətirdim quyudan sizi çıxaracaq kəndir

Gətirdiyim sizləri edəcək azad, ağıllı, güclü və zəngin 

Ovladım mamontu, mağarama doğru gəldim [6]

 

Kimi üzdü və kimləri güldürdü dönüşüm

Necə varam elə gəldim

Qayıtdım sizin getdiyiniz yolu

Çıxdım özümdən ki, yenə özümə gəlim

Bəlkə yuxu gözünə gəlir

Sildim eynəyinin zümrüdün

Matrix-i dartdım mən, kökündən söndürdüm 

Özümü öldürdüm, o dünyanı görüb gəldim 

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.