QARAQAN

Özümə

17.12.23

“Özümə” nəğməsi alleqorik mənada yazılıb və qəhrəmanın özünün özünə dönüşündən bəhs edir. Buradakı MƏN sadəcə insanın özü deyil, həm də xalqların özünüdərki və mədəni, mənəvi irsinə işarədir. Videogörüntüdə olduğu kimi, QQ qalın bir cəngəllikdə dünyanın ucqar bir tayından simvolik evinə – Çənlibelə dönüşündədir. Çanlibelin özündə isə Bidar, nəqarətdə özünədönüşə səsləyir. 

Mahnıboyu, müxtəlif xalq və millətlərin nümayəndələri də özlərinə dönür, öz mənəvi dəyərlərinə və köklərinə bağlanırlar. Millətçilikdən fərqli olaraq burada QQ təkcə öz millətini yüksəltmir – hər bir xalqı və milləti yüksəltməyə, dəyərləndirməyə çalışır. Amma mahnı tənqidsiz də qalmır, QQ rəngarəng xalqları və mədəniyyətləri eyniləşdirməyə, bir-birinə bənzər, mənliksiz kütləyə çevirməyə çalışan böyük siyasi qüvvələri tənqid edir. 

Əgər bütün yollar aparırsa sonsuzluğa, uçurumlar dibinə 

Mən qayıdıram geriyə

Əgər “gələcək” dedikləri gətirəcəksə özü ilə bir xeyir, iki şər

Mən qayıdıram keçmişə [1] 

Əgər dəvət elədikləri “yeni cəsur dünya”da biz kölgə və özgə 

Mən qayıdıram evimə

Əgər yalan və qorxu ilə toxunmuş təbəssümü tikəcəklərsə üzümə

Mən qayıdıram özümə  [2] 

 

Mən dönürəm özümə, özümə

Mən dönürəm düzümə, düzümə

Çıxaram Çənlibelimin izinə

 

Ben dönerim özüme, özüme

Ben dönerim yüzüme, sözüme

Giderim doğrularımın peşine

 

Əgər kəlimələrinin anlamı qarışıq, yarı düz, yarı yalan “yenisöyləm”

Qayıdıram ana dilimə  [3] 

Dəyər verdikləri xarici görünüş, var-dövlət, əlvan əlbisələr 

Bürünürəm sümüyümə, dərimə

Əgər qaldırdıqları uca zirvədə alçaq adamlar, əcaib cinlər 

Diyarından enirəm düzümə

Əgər zəngin birliklərinə qoşulmağın əvəzi itirilmiş mənliklər 

Lazım deyil, mən yetərəm özümə [4] 

 

Mən dönürəm özümə, özümə

Mən dönürəm düzümə, düzümə

Çıxaram Çənlibelimin izinə

 

Ben dönerim özüme, özüme

Ben dönerim yüzüme, sözüme

Giderim doğrularımın peşine

 

Mən qayıdıram özümə

Yalanlardan doğruma, düzümə

Çıxaram Çənlibelimin izinə

[1]

Əgər bütün yollar aparırsa sonsuzluğa, uçurumlar dibinə 

Mən qayıdıram geriyə

Əgər “gələcək” dedikləri gətirəcəksə özü ilə bir xeyir, iki şər

Mən qayıdıram keçmişə

QQ “gələcək” deyərkən  yenilik, inkişaf, müasirlik və qarşıdan gələn böyük dəyişiklikləri nəzərdə tutur. Bildirir ki, müasirlik bir xeyir gətirəndə, iki şər gətirir və aydın gözlə baxmasan bütün bunların yalnız xeyir olduğunu düşünə bilərsən, yanılarsan. Belə bir gələcəkdənsə bəlkə də keçmişə dönmək daha yaxşıdı. Amma tam nədən bəhs etdiyi bu sətirdə tam açılmır.

[2]

Əgər dəvət elədikləri “yeni cəsur dünya”da biz kölgə və özgə 

Mən qayıdıram evimə

Əgər yalan və qorxu ilə toxunmuş təbəssümü tikəcəklərsə üzümə

Mən qayıdıram özümə

 

Bu sətirlərdə Qaraqanın nə demək istədiyi azca aydınlanır. “Cəsur yeni dünya” — ingilis yazıçı Oldos Hakslinin antiutopiya janrında yazdığı romandır. Roman, distopik bir cəmiyyəti, insanların genetik manipulyasiya uğraması və sosial qiymətləndirmə vasitəsi ilə nəzarət altında saxlanması, duyğuların basdırılması, seks və narkotik vasitələrin ən körpə yaşlarından bağça uşaqlarına təbliğ edilməsindən bəhs edir. Bu əsərdə insanlar sünidir, cəmiyyətə uyğunlaşsınlar deyə pis şeylərdən danışmırlar, hisslərini bölüşmürlər. Hamı gülümsəyir, hamı hər zaman həzz alır və kitabın dəhşəti də elə bundadır. Hər şeyin bu qədər süni və qeyri-insani olmasını Qaraqan yaşadığımız dünyaya bənzədir. QQ məcburi gülümsəməni, süni münasibətləri işgəncəyə bənzədir.

[3]

Əgər kəlimələrinin anlamı qarışıq, yarı düz, yarı yalan “yenisöyləm”

Qayıdıram ana dilimə

Burada Qaraqan daha bir antiutopik janrda yazılmış kitabdan misal çəkir. Corc Oruellin, “1984” adlı kitabında insanlar qul kimi, robot kimi totalitar bir sistemdə yaşayırlar. 

Kitabdakı “Yeni Söyləm” (“Newspeak”) və ya “İnqilabçı Dil” adlanan bir dil rejimin yaratdığı dildir. Bu dilin məqsədi, insanların fikirlərini ifadə etmə qabiliyyətini məhdudlaşdırmaq və düşüncələrini, sərhədləməkdir. Yeni Söyləm, söz və ifadələrin sayını azaldır və əsasən partiyanın məqsədləri üçün istifadə olunacaq qədər sadələşdirir.

Bu səbəbdən insanlar hər hansı bir dolğun fikri ifadə etmək, azad düşünmək və ya rejimə qarşı gələn hər hansı bir tənqidi qeyd etmək üçün sözlər və ifadələr istifadə edə bilmirlər. Bu dil manipulyativ məqsədlər üçün yaradılıb, insanları  axmaqlaşdırır. 

QQ müasir dövrün sözlərini yeni söyləmə bənzədir. Bildirir ki, Ana dilinə qayıdır. Amma bu ifadə ikimənalıdır, həm Ana dili doğma dil, həm də ananın söylədiyi kimi açıq, həqiqi dili nəzədə tutur. Ana övladı ilə danışarkən sözlərini seçməz, süni kübarlıq göstərməz, nə var üzünə deyər.

[4]

Əgər qaldırdıqları uca zirvədə alçaq adamlar, əcaib cinlər 

Diyarından enirəm düzümə

Əgər zəngin birliklərinə qoşulmağın əvəzi itirilmiş mənliklər 

Lazım deyil, mən yetərəm özümə

Qaldırdıqları uca zirvə deyərkən Qaraqan müasir dövrün mükafatlarını nəzərdə tutur – Oskarlar, Nobellər, Qremmilər. Və bildirir ki, bu mükafatları alan əcaib cinlərdən olmaqdansa mən Çənlibelimə dönüm. Yəni ki, bu gün mükafat alanlara bir baxsanız, bu gün zirvəyə yüksəldilən adamlara baxsanız heç ora qalxmaq da istəməzsiniz. 

Eləcə də “Qərib Cinlər Diyarında” filminə işarə var burada. 

Misranın ikinci hissəsində “zəngin birliklər” dedikdə dünyanın güclü siyası qruplaşmalarını nəzərdə tutur. Misal üçün, Avropa Birliyi kimi zəngin birliyə daxil olarkən sanki kiçik ölkələr öz milli mənəvi dəyərlərindən imtina etməli olurlar. Və bu birliklər ölkələrin müstəqilliyini əllərindən alır, asıllı vəziyyətə gətirir. QQ deyir ki, belə zəngin “Bir”liyə girib “Mən”liyimizi (müstəqilliyimizi) itirəcəyiksə ondansa tək qalaq. 

QQ mən yetərəm özümə deməklə bildirir ki,  bir xalq kimi, bütün çətinliklərin öhdəsindən özümüz gələ bilərik. Eləcə də bütün xalqlar və millətlər qarşılıqlı əməkdaşlıqla inkişaf edə bilər. Birinin ölkənin o biri ölkəni, bir mədəniyyətin o biri mədəniyyəti özündən asıllı vəziyyətə salması isə əməkdaşlıq deyil, quldarlıqdır. 

Əgər bütün yollar aparırsa sonsuzluğa, uçurumlar dibinə 

Mən qayıdıram geriyə

Əgər “gələcək” dedikləri gətirəcəksə özü ilə bir xeyir, iki şər

Mən qayıdıram keçmişə [1] 

Əgər dəvət elədikləri “yeni cəsur dünya”da biz kölgə və özgə 

Mən qayıdıram evimə

Əgər yalan və qorxu ilə toxunmuş təbəssümü tikəcəklərsə üzümə

Mən qayıdıram özümə  [2] 

 

Mən dönürəm özümə, özümə

Mən dönürəm düzümə, düzümə

Çıxaram Çənlibelimin izinə

 

Ben dönerim özüme, özüme

Ben dönerim yüzüme, sözüme

Giderim doğrularımın peşine

 

Əgər kəlimələrinin anlamı qarışıq, yarı düz, yarı yalan “yenisöyləm”

Qayıdıram ana dilimə  [3] 

Dəyər verdikləri xarici görünüş, var-dövlət, əlvan əlbisələr 

Bürünürəm sümüyümə, dərimə

Əgər qaldırdıqları uca zirvədə alçaq adamlar, əcaib cinlər 

Diyarından enirəm düzümə

Əgər zəngin birliklərinə qoşulmağın əvəzi itirilmiş mənliklər 

Lazım deyil, mən yetərəm özümə [4] 

 

Mən dönürəm özümə, özümə

Mən dönürəm düzümə, düzümə

Çıxaram Çənlibelimin izinə

 

Ben dönerim özüme, özüme

Ben dönerim yüzüme, sözüme

Giderim doğrularımın peşine

 

Mən qayıdıram özümə

Yalanlardan doğruma, düzümə

Çıxaram Çənlibelimin izinə

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.