QARAQAN

Qızım

01.12.23

Qızım fəlsəfi layla janrında yazılmış mahnıdır. Burada QQ bütün xalqın qızlarına və gələcək nəsillərə müraciət edir. Atanın qızına ithafı kimi səslənən bu mahnının əsasında cəmiyyətin böyük problemləri işıqlandırılır. Keçmişin cahillikdən gələcəyin bayağılığa qaçan yeni nəsil sanki öz köklərini qurban verir və daxili zənginliyini unudur. QQ qadının cəmiyyətin vacib parçalarından biri olduğu vurğulayır – belə ki, adətən övlad haqqında yazılan şeirlərin bir çoxu oğullara ithaf edilir. Qaraqan Qızım mahnısı həm bu cahil ənənəni dəyişir. Amma cahillik təkcə keçmişdən deyil gələcəkdən də gələ bilər. QQ bildirir ki, elmi inkişafın bizə verdiyi seçmə (selektiv) abort da belə cahilliklərdən biridir. Video görüntüdə cılız qız İstanbulun küçələri ilə ona ağır yük olan qızıl balığı daşıyır. Yalnız videonun sonunda qızın hara getdiyi məlum olur.

Qızım

 

Kızım, dilimin şekeri, tuzu 

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, kızım 

En güzel alın yazım  

En güzel alın yazım

En güzel alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Qızım

 

Səni qoruyum soyuq əllərdən

İsidim günəşi doğmayan günlərdən

Acı dillərdən, dəyərsiz ellərdən

“Xoş gəldin”i olmayan evlərdən

Səni qoruyum içimdə dinsizlikdən

Və dinlərdən

 

İzim qalacaq məndən sənsən, qızım 

Mən silah sən sipərsən, qızım

Qaldırarsan çökərsə dizim

Anlayarsan bitərsə sözüm

Yalan olsam söylərsən düzün

Bir gün ölsəm bağlarsan gözüm

Sən gələcəyin atəşi — mən olacam kömürün, közün     

 

Səni dəyişmərəm min bir dərdimə dərmana səni can bahasına

Səni mən istərəm həyat olsa da mənə zindan qan bahasına 

Əlindən tutan barmaqlarım bir gün olsa sənə barmaqlıqlar

Səni qurtararam hətta özümdən özümə qarşı üsyan bahasına

 

Kızım dilimin şekeri, tuzu 

Ömrümün baharı, yazı

 

Mənim ruhumun avazı

Bu dünya səndən narazı

İblis yalanın atası 

Pıçıldar: tənhalıq — azadlıq
Dəyişib sözlərin mənasın

 

Sözlərin anlamın, dəyişir İblis tamamın

Bilsək də sonunu əzbər yenə də izlərik dizinin davamın

Halalın, haramın qaldımı anlamı, ətrafa bax, qızım

Adını dəyişdik şəkərlə duzun, amma eyni dadı, tamı

 

Çağdaşlıq fəlsəfəsin parçalaram bir bardaşlıq

Dünyanı qardaşlıq sanıb özümüz-özümüzə yadlaşdıq

Gələcəklə ayaqlaşmaq üçün, keçmişi tapdaladıq, qızım

Qalmadı özümüzdə dəyərlərimiz, hər kəslə paylaşdıq

 

Çadradan qurtulduq, amma düşüncələrimiz darlaşdı

Dirçəldi dillərimiz, amma şəkilçilərimiz karlaşdı

Bu nə cür savaşdır? Bu nə cür qələbədir? Bu nə cür azadlıq?

Vətəni qoruyan ataya evində övladı yadlaşdı        

 

Analar unutdu ana dilin, qul indi azad amma hara gedir?

Göyərçin yuvası geniş olsun deyə, lələyi gözəl olsun deyə öz balasını didir 

Söylə bu tərəqqimi, söylə bu dözümlülük ya da nifrətdir?

Ən çox ev zorakılığı olan evin adı nədir? Adı ana bətni 

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Qızım

Qızım

 

Kızım, dilimin şekeri, tuzu 

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, kızım 

En güzel alın yazım  

En güzel alın yazım

En güzel alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Qızım

 

Səni qoruyum soyuq əllərdən

İsidim günəşi doğmayan günlərdən

Acı dillərdən, dəyərsiz ellərdən

“Xoş gəldin”i olmayan evlərdən

Səni qoruyum içimdə dinsizlikdən

Və dinlərdən

 

İzim qalacaq məndən sənsən, qızım 

Mən silah sən sipərsən, qızım

Qaldırarsan çökərsə dizim

Anlayarsan bitərsə sözüm

Yalan olsam söylərsən düzün

Bir gün ölsəm bağlarsan gözüm

Sən gələcəyin atəşi — mən olacam kömürün, közün     

 

Səni dəyişmərəm min bir dərdimə dərmana səni can bahasına

Səni mən istərəm həyat olsa da mənə zindan qan bahasına 

Əlindən tutan barmaqlarım bir gün olsa sənə barmaqlıqlar

Səni qurtararam hətta özümdən özümə qarşı üsyan bahasına

 

Kızım dilimin şekeri, tuzu 

Ömrümün baharı, yazı

 

Mənim ruhumun avazı

Bu dünya səndən narazı

İblis yalanın atası 

Pıçıldar: tənhalıq — azadlıq
Dəyişib sözlərin mənasın

 

Sözlərin anlamın, dəyişir İblis tamamın

Bilsək də sonunu əzbər yenə də izlərik dizinin davamın

Halalın, haramın qaldımı anlamı, ətrafa bax, qızım

Adını dəyişdik şəkərlə duzun, amma eyni dadı, tamı

 

Çağdaşlıq fəlsəfəsin parçalaram bir bardaşlıq

Dünyanı qardaşlıq sanıb özümüz-özümüzə yadlaşdıq

Gələcəklə ayaqlaşmaq üçün, keçmişi tapdaladıq, qızım

Qalmadı özümüzdə dəyərlərimiz, hər kəslə paylaşdıq

 

Çadradan qurtulduq, amma düşüncələrimiz darlaşdı

Dirçəldi dillərimiz, amma şəkilçilərimiz karlaşdı

Bu nə cür savaşdır? Bu nə cür qələbədir? Bu nə cür azadlıq?

Vətəni qoruyan ataya evində övladı yadlaşdı        

 

Analar unutdu ana dilin, qul indi azad amma hara gedir?

Göyərçin yuvası geniş olsun deyə, lələyi gözəl olsun deyə öz balasını didir 

Söylə bu tərəqqimi, söylə bu dözümlülük ya da nifrətdir?

Ən çox ev zorakılığı olan evin adı nədir? Adı ana bətni 

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

 

Qızım, dilimin şəkəri, duzu

Ömrümün baharı, yazı

Ruhumun sözü, avazı, qızım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Ən gözəl alın yazım

Qızım

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Hamiləliyin

5-ci həftəsində uşağın ürəyi döyünməyə başlayır. 

8-ci həftəsində ana bətnindəki uşağın sinir sitemi formalaşır və artıq ağrı hiss etməyə başlayır. 

10-cu həftəsində körpənin qolları, əlləri, barmaqları, ayaqları və ayaq barmaqları tam formalaşır. 

11-ci həftəsində körpə yumruqlarını və ağzını açıb bağlayır, dizləri, dirsəkləri və topuqlarını işlədir.

14-cü həftəsində artıq səs telləri formalaşıb, körpə barmaqlarını ağzına yaxınlaşdırır, bütün ağrıları hiss edir və saçları çıxmağa başlayır. 

15 ci həftə hamiləlik usaq dolun inkisafi

Fotoqraf Jim Stevenson – Ana bətnində 12-15 həftəlik körpə

Selektiv abortların böyük hissəsi 15-ci həftədən sonra baş verir. 

Selektiv və ya seçmə abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qız övladlarının öldürülməsinə daha çox rast gəlinir. 

Bir neçə il öncə seçmə aborta görə Çin birinci yerdə idi, Azərbaycan ikinci yeri alırdı. 2023-cü ildən Azərbaycan Çini keçərək dünyada qız körpələrinin abortuna görə birinci yerdədir.

Qız körpələrinin öldürülməsi gələcəkdə böyük demoqrafik faciəyə səbəb ola bilər amma bugün üçün də bu mənəvi faciədir.

Dünyada ilk dəfə abortlar SSRİ-də leqallaşdırılıb və əsas məqsəd olaraq, qadınların ailədə uşaqlara baxmaq əvəzinə kolxozlarda fiziki işə cəlb olunması göstərilib.

Ötən əsr ərzində bütün dünyada abort olunan uşaqların sayı doğulanların sayından çox olub.

Müasir dövrdə dünyada abortların səbəbləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

  • 40% qadinların öz arzusu;
  • 25%  həyat tərzi 
  • 23% maddiyyat və sosial göstəricilər
  • 12% tibbi göstəricilər
  • 0.2% zorlama, insest halları

Azərbaycanda qadınları abort etməyə təhrik edən iki ən əsas səbəb – ərlərinin istəyi və maddiyyatdır.

Biz isə Azərbaycanda eləcə də dünyada selektiv abortun əsas səbəbini cəmiyyətdəki ruh boşluğu və mənəvi çöküşdə görürük.  

İsra, 17/31

İntibah Səndən Başlayır!

Bu mövzunu işıqlandırmaqda bizə kömək et. Qaraqan – Qızım videosunu dostlarınla paylaş və mövzunu böyük kütləyə çatdır.

Video altında bir neçə şərh yaz, digər şərhləri bəyən, müzakirələrdə iştirak et ki, trendə düşsün.

Birinci Dərəcəyə qoşulmamısansa – QOŞUL!

Bu videonu qadınlarla bağlı sayt və sosial səhifələrə göndər – paylaşmaqlarını xahiş et.

Bu seçimi etmiş fərdləri günahlandırma – fərdlər yaşadıqları cəmiyyətin nəticəsidir.

Digər hazırda məşhur olan videoların şərh bölməsində insanları bu mahnını dinləməyə çağır.

Abort ilə əlaqəli Azərbaycan videolarının şərh bölməsində izləyiciləri bu videoya baxmağa dəvət et. 

#qızım ilə X və digər sosial şəbəkələrdə paylaşım et, bu tag ilə olunan bütün paylaşımları bəyən və dərəcə üzvlərinə dəstək ol!

Yadından çıxartma – bunları özümüz üçün etmirik. Biz artıq seçmə abortun pis olduğunu bilirik – bizim üçün bir şey dəyişmir. Bunu digərləri üçün edirik ki, onlar da agah olsun. Bu dəqiqə qızını abort etmək istəyən minlərlə xanım var, elə edək ki, onların qarşısına bu video çıxsın.

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.