QARAQAN

Sonuncu Aşırım

12.11.23

Sonuncu Aşırım alleqorik əsərdi. Koroğlu dastanı ilə paralel gedən bu parça həm də Söz, Bəyaz Duman ilə sanki birləşir və ümumi mənada tamamlanır.  Qəhrəman öldü və qədimi Ruha çevrildi. İndi bu Ruh geri qayıdır və artıq ölümsüzdür. Ona atılan heç bir zərbə ona toxunmur, güllələr içindən keçir, nizələr ona dəymir. Onun  aid olduğu mənəvi məqam onu reallıqdan ayırır və ölümsüzləşdirir. Yeganə məqsədlə geri gəlir, insanları zülmətdən işığa, yalandan həqiqətə çıxarmaq.

Məni öldürə bilməzsiz

Geri döndərə bilməzsiz

Mənim atəşim yandırır aləmi, məni daha söndürə bilməzsiz 

Kinsiz bir də nifrətsiz, döyüşüm sufinin rəqsinə [1] bənzər

İncə kəsər həqiqətimin cidası [2] yalanın boynuna xəncər

Məni görməməzliydən gələ bilərsiz ama görməyə biləzsiz

Necə dəbilqəsiz [3]  çarpar sinəmə və yerə tökülər güllələr

Uzaqda bir yol var o yol mənim yolumdu, daşlı qala, çınqıllı [4] dərə

Hürkmə Qır atım, [5] gözəlim büdrəmə, gözəlim büdrəmə

***

Gözümün İşığı, evimin yaraşığı

Yığ qoluna gücünü, sıx dişini

Bu sonuncu aşırım

***

Daha yox deyə bilməzsiz, həqiqətə ac olana 

Uzan yat deyə bilməzsiz, oyanıb gözləri açılana

Yağı üzərimə qaçır aman, ataraq közərən daşı sapand [6]

Məni dəyə bilməz dəyən insanlara mən artıq ruhi-zaman [7] 

Özüm özümü öldürdüm 7 il əvvəl məni daha öldürə bilməzsiz 

Özüm özümü atdım sürgünlərə məni sürgünə göndərə bilməzis

Özüm özümü sildim tarixdən məni qadağan edə bilməzsiz

Sıx dişini, Qır atım, biz cumarıq hücuma dəvətsiz

***

Mənim cümlələrim bağlıdı dəfinəm doludu sir ilə

Əlbəyaxada qocalmaz ilanla  [8] dərisin parçalaram tədbir ilə 

Mənə atılan şeşpərlər [9] keçər içimnən öldüm ama diriyəm

Mən bir səsəm, partlamış təyyarəyəm qara qutunun [10] dibiyəm

 

Məni satın ala bilməzsiz, yox gözüm bu dünyada

Qorxuda bilməzsiz, bilirəm yuxuda röyada 

Hamımız xülyada, büs bütün dünya gözümüzə pərdə 

Qır atım qorxma, Qır atım addımla, Qır atım irəlilə

[1]

Sufilik İslam dininin fəlsəfi təriqətlərindən biridir. Sufilik yolu ilə gedən insan maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Sufi Rəqsi isə Sima(Səma, Zikr) adlanır.  Sufi əllərini açır və yerində fırlanmağa, dövr etməyə başlayır. Meditasiyaya bənzər bu rəqsdə Sufi  tamamilə bu dünyadan ayrılır və öz içindəki tarazalığını tapır. Sıradan insan Sufi qədər dönə bilməz, yıxılar – buna səbəb isə Sufi qədər özünə bağlana bilmir. Gözü dünyaya sataşır və başı gicəllənir. 

 

Döyüşüm sufinin rəqsinə bənzər

 

Burada QQ bildirir ki, döyüşə hazırlıqlı gəlib və anlayır ki, ətraf mühitə nəzər yetirsə  yolundan dönə bilər, ətrafda baş verənlər onu çaşdıra bilər ona görə gözləri bağlı öz rəqsini (döyüşünü) davam edəcək. 

[2]

Cida – Nizə növüdür, ucu iti silah alətidir. Belə silah uzun döyüş üçün deyil bir zərbəyə düşməni məhv etmək üçün istifadə olunur.  Eləcə də qılıncın ucuna, ən iti yerinə də cida deyirlər. 

Dəli Domrul qılıncın cidasını düşmənin boğazına dirədi.

[3]

Dəbilqə – Sərkərdənin geyindiyi qoruyucu dəmir papaq, kaska, polad sinəlik, qalxan rolu oynayan qoruyucu geyim. 

Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərə yeriyirdi (M.S.Ordubadi)

[4]

Çınqıl – Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş.

[5]

Qır At – Koroğlu Dastanında Koroğlunun qara rəngli, ildırım sürətli, güclü atının adıdır. Koroğlu Qır atı 40 gün, 40 gecə qaranlıqda saxladığı üçün belə güclü olub. Qır at həm də qəhrəmanın fövqəl qüvvəsinin simvoludur. 

Həmzə, atı yaxşı saxla,

At iyidin qardaşıdı.

Gündə muğayat ol yoxla,

At iyidin qardaşıdı.

Yaz olanda dağa yollat,

Yay olanda ifçin nallat,

Qış olanda məxmər çullat,

At iyidin qardaşıdı.

QQ burada Qır At deyərkən nəyi nəzərdə tutur? Simvolik olaraq Qır at bir şəxsin fövqəl gücü və ya heyvani, əhilləşməyən tərəfi ola bilər. QQ sanki içindəki Qır ata güclü olmağı və səbr etməyi deyir. Öz daxilindəki heyvanı əhilləşdirir.

[6]

Sapandbir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Döyüş zamanı daş və digər ağır şeylər atmaq üçün istifadə edilən müharibə ləvazımatı. 

“Qaraca Çobanın üç yaşar dana dərisindən sapanının ayasıydı: üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyündən çatlağucıydı” “Biləgündə doqsan oqun nə ögərsən, mərə kafir, Ala qollu sapanımca gəlməz mana!” “Ərənlər əvrəni Qaracuq Çoban sapanının ayasına daş qodı, atdı”

[7]

Ruhi – Zaman – QQ bir daha zamanın ruhu olduğunu vurğulayır. Önsözdəki cizgi filmində uşaqların çağırdığı Zamanın ruhu və Bənövşədəki Ruhani yada düşür. Eləcə də Bəyaz Dumanda vizual olaraq eyni ruha rast gəlinir.

[8]

Qocalmaz İlan

Bu haqda ətraflı məlumat yaxın zamanda veriləcək. QQ simvolu tam izah olunacaq.

[9]

Şeşpər – Altıdilli toppuz – qədim silah

[Dəmirçioğlu:] Mən onun nə qılıncından qorxuram, nə şeşpərindən. “Koroğlu”.

[10]

Qara Qutu – Qara qutu (ing. Black box) — təyyarədə pilotların danışığını yazan cihazdır amma əsas xüsusiyyəti çox möhkəm olmasıdır. Təyyarə qəza zamanı parça-parça olsa da, dənizin dibinə getsə də, qara qutuya bir zərər dəymir. Bu qutular sayəsində ölmüş pilotları dinləmək olur və qəzanın səbəbləri araşdırılır. Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilə bilər.

Qara qutunun dibiyəmburada QQ demək istəyir ki, mən öldürməyiniz artıq mümkün deyil, çünki öncədən hər şey yazılıb və təyyarəm parça parça olsa da, ölsəm belə Qara Qutu kimi səsim hələ çox gələcək. Qara qutu bir növ ölümsüzlük, ölsə belə həqiqəti deyəcəyini, həm də içi dolu olmansını bildirir. 

 

Bəlkə də QQ artıq yoxdur və sadəcə səsi gəlir, şeirləri yayımlanır – Bəlkə Qara Qutuda olduğu kimi hər şey öncədən yazılıb. 

 

Digər bir mənada Qara Qutunun dibi həqiqətin olduğu yerdir. Belə ki, yalnız onun dibində təyyarənin nəyə görə qəzaya uğradığı gizlidir.  Qara qutu özündə sirri, həqiqəti daşıyır. Və yansa da, batsa da həqiqəti içindən vermir, qoruyur.

Məni öldürə bilməzsiz

Geri döndərə bilməzsiz

Mənim atəşim yandırır aləmi, məni daha söndürə bilməzsiz 

Kinsiz bir də nifrətsiz, döyüşüm sufinin rəqsinə [1] bənzər

İncə kəsər həqiqətimin cidası [2] yalanın boynuna xəncər

Məni görməməzliydən gələ bilərsiz ama görməyə biləzsiz

Necə dəbilqəsiz [3]  çarpar sinəmə və yerə tökülər güllələr

Uzaqda bir yol var o yol mənim yolumdu, daşlı qala, çınqıllı [4] dərə

Hürkmə Qır atım, [5] gözəlim büdrəmə, gözəlim büdrəmə

***

Gözümün İşığı, evimin yaraşığı

Yığ qoluna gücünü, sıx dişini

Bu sonuncu aşırım

***

Daha yox deyə bilməzsiz, həqiqətə ac olana 

Uzan yat deyə bilməzsiz, oyanıb gözləri açılana

Yağı üzərimə qaçır aman, ataraq közərən daşı sapand [6]

Məni dəyə bilməz dəyən insanlara mən artıq ruhi-zaman [7] 

Özüm özümü öldürdüm 7 il əvvəl məni daha öldürə bilməzsiz 

Özüm özümü atdım sürgünlərə məni sürgünə göndərə bilməzis

Özüm özümü sildim tarixdən məni qadağan edə bilməzsiz

Sıx dişini, Qır atım, biz cumarıq hücuma dəvətsiz

***

Mənim cümlələrim bağlıdı dəfinəm doludu sir ilə

Əlbəyaxada qocalmaz ilanla  [8] dərisin parçalaram tədbir ilə 

Mənə atılan şeşpərlər [9] keçər içimnən öldüm ama diriyəm

Mən bir səsəm, partlamış təyyarəyəm qara qutunun [10] dibiyəm

 

Məni satın ala bilməzsiz, yox gözüm bu dünyada

Qorxuda bilməzsiz, bilirəm yuxuda röyada 

Hamımız xülyada, büs bütün dünya gözümüzə pərdə 

Qır atım qorxma, Qır atım addımla, Qır atım irəlilə

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Videonun Anlamı

Sözün” və “Bəyaz Duman”-ın davamı olan “Sonuncu Aşırım”- da artıq bəzi gizli məqamlar bəlli olur. Önsözdə uşaqlar ruhu yuxudan oyadırlar, məzardan çıxan ruh “Sonuncu Aşırım”– da atın belinə minir və qaranlıq tilsimli bir meşədən keçir.

Bu meşədə divlər, qulyabanılar onun qılıncını ağac içində gizlədiblərmiş. Ruhun döndüyünü görən divlər təşvişə düşür, qəzəblənir və hücuma keçir. Lakin Ruh onları məğlub edir və yanan ağacın külündən öz qılıncını götürür. Yanan ağac burada Xeyir və Şər (Tövrat, İncil, Quran) ağacını simvolizə edir. Qılınc isə xeyiri şərdən ayıran o kəskin həqiqətdir.

Beləliklə tilsimli meşədən çıxan qılınc artıq Ruhun əlindədir və Xeyir ilə Şəri, doğru ilə yalanı ayırmağa gəldi. Doğru əllərdə bu qılınc güclü silahdır. Buna görə şər bu silahı daim tilsimli yerlərdə gizlətməyə çalışırmış. 

Önsözdəki nağılda olduğu kimi, Uşağın böyük qardaşı qeyb olmuşdu və onun üçün xeyiri şərdən doğrunu yalandan ayıran birisi yox idi. Daha sonra “Bəyaz Duman”- da Böyük Qardaşın qayıtdığını bilirik. “Sonuncu Aşırım”-da isə təkcə qayıtmayıb, həm də doğrunu yalandan ayıracaq qılınc ilə qayıtdığını görürük. Eyni qəhrəmana Bəyaz Dumanın vizuallarında da rast gəlmək olur. Ruh əlində yanan qılınc ilə şəhərə daxil olma səhnəsində görünür. 

Daha sonra Ruhun şəhər xarabalıqlarına gəldiyini görürük. Buranı bu hala salan nədir, bəyaz duman, divlər, geohörümçək? İlk baxışdan bu bəlli deyil. Amma şəhərdə nəsə bir pislik var. 

Qəhrəman şəhərə daxil olur və insanların çoxusu onu tanımır. Üz cizgilərindən də yaralı olduğu və ya məzardan çıxdığı üçün bu halda olduğu görünür. Lakin bəzi evlərdə “Q” işarəsini görürük. Bu evlərdən çıxan insanlar onu unutmayıblar və bu işarə ilə onu salamlayırlar. 

Daha sonra Ruhu yeniyetmələr və uşaqlar görür, bir-birilərinə baxıb düşünürlər ki görəsən böyüklərin danışdığı o dövr gerimi qayıdır? Bu uşaqların içindən də bəziləri başlarını ruh kimi qaraya bürüyüb onu təqlid edirlər. Onun kimi olmaq istəyirlər. 

Divarlardakı elanlarda Ruhun axtarışda olduğunu görürük. Başına 30 gümüş qoyulub. (30 gümüş simvolik məna daşıyır, araşdırsanız tapacaqsınız.) 

Ruh şər qüvvələrdən gizlənmədən onların tam ortasından qalaya doğru gedir. Qaladan gözəl qız ona baxır və onu tanıyır. 

Bütün şeir və görüntü həm də paralel olaraq sanki Koroğlu Dastanını xatırladır. Çənli (dumanlı?) beldə Koroğlu Qır ata minir və keçəl bir div ona hücum çəkir (keçəl Həmzə?) daha sonra torpaqdan sehrli qılıncı çıxarır (Misri qılınc?). Bundan sonra xanlığa gəlir və qaldakı qız Koroğlunun Nigarı ola bilər.

Ruh rahatca şər ordusundan qorxmadan qalanın divarlarından keçib buynuzlu bir ərdöv, qulyabanı ilə üzləşir. Bu iblis Ruhani həqiqətə qarşı duran bütün yalanların simvoludur. 

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.