QARAQAN

Yarasa

28.12.23

“Yarasa” mahnısında QQ bizi bir hekayəyə aparır. Özündən və ruhundan kənarda xoşbəxtlik axtaran itmiş bir insanı təsvir edir. Yarasının nə olduğu bəlli deyil, öz xoşbəxtliyini barlarda, küçələrdə, qucaqlarda və içkilərdə axtarır. Mahnı lirik-absurdizm janrında yazılıb Yarasanın həyatında olduğu kimi bu mahnıda da hər şey tərsinədir,nəqarətlər, kupletlər qarışıq. Mahnı həm indiki həm gələcək zamanı təsvir edir. QQ içki qədəhlərini qum saatına bənzədir və bildirir ki, içkinin təsirinə düşən insanlar bilməz iki dəqiqə necə keçdi, iyirmi il necə keçdi. 

Mahnı boyu Yarasa  qızına oyuncaq alacağını bildirir. Oyuncaq qızına çatanda isə artıq qızının 25 yaşı olur və klipin sonundakı məktubda və oyuncaqda mahnının həqiqi mesajına işarə var.  Yarasanın anlamı isə artıq Canavarçadadır.

Getdi ki, sağala könlünün yarası

Bir gecəqonduda sərxoş yarasa

Getdi ki, özgəsi yaranı sarısın

Və qayıtdı unutdu evinin qapısın

Evinin qapısın

Evinin qapısın

 

Bax, sənin xətrinə 

Son ikicə qədəh 

Yumulur gözlər
Yumulur gözlər
Yumulur gözlər

Biraz uzansın burda ikicə dəqiqə

Cəmi ikicə dəqiqə

İkicə dəqiqə

İkicə dəqiqə

Sabah işə gedəcək — söz, evə dönəndə

Alacaq dükanda gördüyü oyuncağı

Balaca qızına alacaq, mütləq

Ana deyəcək:
“Bala, yat, ata bu gün gec gələcək”

“Gözləyək, anacan!
Gözləyək, anacan!
İkicə dəqiqə,

İkicə dəqiqə”

 

Şüşə bardaqlar
Sanki şüşə saatlar

Dolduqca bir tərəfindən
O biri tərəfindən necə süzülür illər

Qızı 25 

Və istəmir oyuncaq

İkicə qədəh çevrilir ikicə dəqiqədə iyirmicə ilə 

Getdi ki, sağala könlünün yarası

Bir gecəqonduda sərxoş yarasa

Getdi ki, özgəsi yaranı sarısın

Və qayıtdı unutdu evinin qapısın

Getdi ki, sağala könlünün yarası

Bir gecəqonduda sərxoş yarasa

Getdi ki, özgəsi yaranı sarısın

Və qayıtdı unutdu evinin qapısın

Evinin qapısın

Evinin qapısın

 

Bax, sənin xətrinə 

Son ikicə qədəh 

Yumulur gözlər

Yumulur gözlər

Yumulur gözlər

Biraz uzansın burda ikicə dəqiqə

Cəmi ikicə dəqiqə

İkicə dəqiqə

İkicə dəqiqə

Sabah işə gedəcək — söz, evə dönəndə

Alacaq dükanda gördüyü oyuncağı

Balaca qızına alacaq, mütləq

Ana deyəcək:

“Bala, yat, ata bu gün gec gələcək”

“Gözləyək, anacan!

Gözləyək, anacan!

İkicə dəqiqə,

İkicə dəqiqə”

 

Şüşə bardaqlar
Sanki şüşə saatlar

Dolduqca bir tərəfindən
O biri tərəfindən necə süzülür illər

Qızı 25 

Və istəmir oyuncaq

İkicə qədəh çevrilir ikicə dəqiqədə iyirmicə ilə 

Getdi ki, sağala könlünün yarası

Bir gecəqonduda sərxoş yarasa

Getdi ki, özgəsi yaranı sarısın

Və qayıtdı unutdu evinin qapısın

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Alkoqolun Əsas Təsirləri:

Qaraciyərin zədələnməsi: Xroniki spirt istifadəsi qaraciyər yağlanması, hepatit və ya siroz kimi qaraciyər xəstəliklərinə səbəb ola bilər.

Ürək-damar problemləri: Yüksək qan təzyiqi və ürək xəstəliyi də daxil olmaqla, ürəklə əlaqəli problemlərin riskinin artması.

Psixi Sağlamlıq Problemləri: Alkoqol insanları Depressiya və intihara sürükləyən əsas faktorlardan biridir. 

Xərçəng Riski: 10 il davamlı spirt istifadəsi qaraciyər, döş və ağız xərçəngi riskini artırır.

Akoqol qəbulu  həyatın erkən mərhələlərində ölüm və əlilliyə səbəb olur. 20-39 yaşlı insanlar arasında ölümlərin təxminən 25% spirtli içki qəbul edilməsi səbəbi ilə bağlıdır. Bu hər dörd ölümdən biri deməkdir.

Alkoqolun “Yan” Təsirləri:

Biz isə bunlara əsas təsirlər deyirik. Aşağıdakılar cəmiyyətin ən əsas problemlərindədir. Görün bu problemlərin neçə faizi alkoqol təsiri ilə baş verir. 

Bütün Avtomobil qəzalarının 40% – i
Ev zorakılığının 50% – i
Qəsdən adam öldürmənin 50% – i
Qəsdən xəsarət yetirmənin 70% – i
Bütün Zorlamaların 70% – i
Bütün Oğurluqların 50% – i
Yoldaşına xəyanətin 55% – i

İçkiyə yox deməklə nəinki özünüzü, həm də ətrafınızı bu bəlalardan qorumuş olursunuz.

QQ heç bir spirtli içkidən istifadə etmir.

 

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.