QARAQAN

Zəncirbəndi

13.02.24

Zəncirbədi xalq bayatısına bənzər nəqarət və repdən ibarətdir. Burada QQ sözə və həqiqətə ac olan dinləyicilərə müarciət edərək bildirir ki, gözləriniz bağlı olduğundan sizə həqiqəti söyləsəm də anlamayacaqsız. Əvvəlcə gözləriniz açılmalıdır. Bu həm də Birinci Dərəcəyə işarədir belə ki, Canavarçada Birinci Dərəcə gözləri bağlı döyüşçülər kimi göstərilir. Bu vaxta kimi Qaraqanın kliplərdə olmaması  ara-sıra əmələ gəlməsi də Birinci Dərəcə mərhələsinə işarədir belə ki, səsini eşidirik amma görmürük. 

Qaraqan Zəncirbəndi-də bildirir ki, 2007-dən tutduğu ideya və yola sadiqdir və Dərəcə ilə bu yolu keçəcəklərinə əmindir. Zəncirbəndi Birinci Dərəcənin mahnısıdır və QQ bir daha Azərbaycanın parlaq gənclərini Dərəcəyə dəvət edir.

Zəncirbəndi tac gəlin

Sözə ruhu ac gəlin

 

Mən getmişdim, dediniz gəlim

Düşüm o quyuya — isti və dərin

“Yanıram! Yanıram!” qışqıracam

Amma çəkməsin kəndiri geriyə əlin [1]  

Şüşəli körpülər, tüstülü güzgülər [2]  

Tilsimi qıracaq cadunu, düyünü

Gətirirəm evə bayramı

Nəsiminin dərisi mənim bayrağım

Edamı düyünüm [3]

 

Meydanı bürüyür

Büyümün qalacaq altında

Qarnının üstündə ilanı sürünür

Haçadı dili

De nə üçün birinci yalanı

İkinci yalana bürüyə [4]

Gözünə sarğını aslanın asaraq

Çevirir qoyuna [5]

Bilməyənləri ki, söz silahdı

Sizi iftar edəcək Babil toruna [6]

Çıxanı gorundan göz görsə də

Yenə inkar edəcək [7]

Bu dəfə geriyə saydı yoxdu

Siz dedikcə “yox”

Mən israr edəcəm! 

 

Zəncirbəndi tac gəlin

Sözə ruhu ac gəlin

Haqqa nahaq yar olmaz 

Gözlərini aç gəlim [8]

 

Gözlərini aç, gəlim

Məclisi-Ruha ac gəlin

Yalanın qumdan saraylarını

Xəzrim edər tarac

Gəlin

Bəri bax barı

Barı bax bəri

Pəncərələrinə daş gəlir [9]

Yandırdısa meydanı gəlişim

Bil ki, məclisə aş gəlir [10]

 

Hamı içinə qapanıb

Bağlayıb qapını hərə bir tərəfə səpələnib

Bizə ərgən deyənlər

Qocalıb xalalanıb, əmilənib

Arzuları yarı qalıb — ona görə qoz belləri qarı

Bəyənmir, deyir əvvəlki kimi deyil

Hətta yağanda bəmbəyaz qarı

 

Biz seçirik düzü

Nə qədər batmır gəmimiz üzür

Siz şit yağı, şəkəri səhnənin olun

Biz olarıq acısı duzu [11]

Düz söz deyil quzu

Həzm edə bilməyən qusur

Amma əridər atəşi həqiqətin

İçində qarı və buzu [12]

 

Sizə gəlmədik göstərək

Necə iti dişimiz var

Fame üçün deyil

Bil 2007-dən

Yarımçıq işimiz qalıb

Yey! [13]

Biz dolduraq qaşığa, ye

Olmayacaq halva aşura “nay” 

İntibah deyil “customer support”

Oturub edəsən “complain” [14]

Come babe

Sən də gəl bizə

Ən böyük hater

Sən də gəl bizə

Sözümüz yox sizin

Zənci bəndinizə

Amma gəlin açaq bu

Zəncirbəndimizi [15]

Nə qədər yandıraq kəndi kəndimizi?

Cavad, Talış, Şirvan, Dərbəndimizi

Yumruğa dönmürük

Xanlıqlar dövrü

Deyin heç nə öyrətmədimi bizə? [16]

 

Hələ biz heç girmədik starta

Səhifə birdəsiz iri kitafda

Necə dəlidi yeni tərzi Dərzinin

Sizlər üçün Singerin saplar [17]

Sevin ki, çönmüyüb beyin

“Dobrıy”dı bugün Sensey

Hamını “rest in peace” eləyə bilər

Amma “rest in fame” [18]

 

Bizə lazım hamı!

Toplarıq ölkənin ən parlaq gənclərin

Pis vərdişlər və xarici təsirdən

İçləri təmizlərik

Bizə lazım hərkəs yaradıcı

Kimin çiyni möhkəm aparıcı

Kim bizi yüksəklərə aparacaq

Düşmənləri qapar acı [19]

 

Bütün qapılar açıq baxın üzümə,

Onların gözləri işıq saçır, Başımın tacı

Çatdıra bilmir sözlər

Onlara olan bu sevginin içimdə dərəcəsin

Bizim bu isti qızdıracaq

Qaldıracaq bütün Bakının dərəcəsin [20]

 

Zəncirbəndi tac gəlin

Sözə ruhu ac gəlin

Haqqa nahaq yar olmaz

Gözlərini aç gəlim

[1]

Məlikməmməd divin quyusuna kəndir ilə enərkən qardaşlarına deyir ki, quyu istidir amma nə qədər “yandım” qışqırsam da məni geriyə çəkməyin. Və beləcə quyunun isti yerindən keçərək qızları divlərdən qurtarır. 

QQ bildirir ki, ondan qayıtmasını dinləyicilər özləri istəyib və onlara görə qayıdıb arada yanacaq da, qışqıracaq da, səhvlər buraxacaq. Amma buna baxmayaraq Dərəcənin əlləri möhkəm olsun, qorxmasınlar.

[2]

İngilislərdə “Smoke and Mirrors” ifadəsi var. “Tüstü və güzgülər” kimi tərcümə edilən bu ifadənin mənası budur ki, birisini aldatmaq üçün, başını qarışdırmaq üçün qarşısına güzgülər və tüstü qoyarlar. Beləliklə xaotik və saxta bir labirintlər dünyasına düşər. Bilməz həqiqət hardadır, güzgü hardadır, yol hardadır. Başı qarışar.

[3]

Tilsimli dünyanın gözümüzə asdığı pərdələri çıxaracağıq. Bayrağımız Nəsiminin dərisi olacaq. Yəni ki, Nəsiminin ideyasına sadiqliyi, dönməzliyi, cəsarəti bayrağımız olacaq. Edamlar bizim üçün düyün olacaq. Çətin anlarımızı bayram edəcəyik. İlk baxışdan pis görünən şeylərdə həqiqi möhtəşəmliyi anlayacağıq.

[4]

İlan bir çox miflərdə, fəlsəfələrdə yalanın simvoludur.  Nə üçün ilanın dili iki yerə bölünür? Bir yalanının üstü açılanda tez o biri yalan ilə üstünü örtsün. İlanın qarnı üstündə sürünməsi isə dini kitablarda Allahın ilana lənəti nəticəsində “Qarnın üzərində sürünəcəksən” cümləsinə işarədir. 

[5]

İlan öz hiyləsi və fısıltısı ilə aslanları inandırır ki, onlar qoyundurlar. Beləcə aslanlar öz potensialını, qüdrətini anlamır, özlərini zəif bilirlər. QQ burada dünyanın bizləri necə aldatdığına işarə edir. Dünya bizi inandırar ki, aslan deyil, qoyunuq. Və sonra rahatca sürü şəklinə salar.

[6]

Sözün silah olduğunu anlamayanlar dinlədikləri mahnılara, baxdıqları filmlərə, xəbərlərə və reklamlara – sözün istifadə edildiyi bütün platformalara sadəlövh yanaşar. Anlamaz ki, eşitdiyi, oxuduğu, gördüyü hər söz silah ola bilər və ona qarşı istifadə oluna bilər. Belələrini Babil (bax. Canavarça) rahatca iftar edər, yeyər. 

Gələcəkdəki propaqandaya ilk uyanlar elə ilk qurban olacaqlar.

[7]

QQ “Söz” mahnısında qayıdışını qəbirdən çıxmaq kimi göstərir. Bildirir ki, onun qayıdışını inkar edənlər olacaq. Uğurlarımızı gözləri ilə görsə də qəbul etməyənlər olacaq.

[8]

Zəncirbənd – qədimi sözdür. Qulların ayaqlarına yapışdırılan qandalları bir-birinə bağlayan orta zəncirə deyilir. Bu zəncir yarı uzun yarı qısa olduğundan qullar rahat gəzə biləsə də qaça bilmirlər. 

Zəncirbəndi tac gəlin

Tac bir insanın qürur duyduğu şeydir. “Tac edib başına qoyub” ifadəsi də bu mənadadır. Qandalları ilə qürur duyan. Yarı açıq, yarı bağlı, yarı saxta, yarı doğru bir dünyada yaşayan insanlara səslənir.  Haqq ilə nahaq, xeyir ilə şər, yalan ilə doğru birlikdə mümkün deyil. Ona görə mənə gəlirsənsə, “söz”-ə gəlirsənsə, gözlərini açacaqsan. Bu məvhumlar arasında xətt çəkəcəksən. Ya haqqı ya nahaqqı seçməi olacaqsan. Eləcə də QQ Birinci Dərəcəyə deyir ki, hazırlaşın gözlərinizi açmağın zamanı yetişir.

[9]

Məclisi-ruha ac gəlin deyərkən QQ bildirir ki, biliklərini geridə qoyaraq gəl. Köhnə fikirlər ilə gəlsən sənə gətirdiklərimə ruhunda yer olmayacaq. 

Həqiqət küləyi yalanın qum saraylarını dağıdacaq. 

“Bəri bax barı, pəncərələrinə daş gəlir.” – QQ burada Yaradıcı Birliyə gələn şərhlərə cavab verir. Bir çox dinləyici, bizə söz atanlara, pəncərəmizə daş atanlara cavab verməyimizi istəyiblər.

[10]

Əgər birinin gəlişi hamını yandırırsa, meydan alovlanırsa bil ki, yeməklərin şahı Aş gəlir.

[11]

QQ burada bildirir ki, səhnənin əyləncəsi, qulaqlara yağ olmaq üçün gəlmədik. Şitlik etmək, oyun çıxartmaq, maraq qatmaq sizlərin olsun. Biz isə acı həqiqəti gətiririk.

[12]

QQ bildirir ki, gətirdiyi mənəvi qida ağırdır, quzu əti deyil ki rahat yeyib həzm edəsən. Buna görə bir çoxları bu qidanı yeyə bilməyəcək – qusacaq. Bəyənməyəcək, çünki bəyənmək əziyyət tələb edir. Sözləri oxumaq mənaları araşdırmaq lazımdır. Asan həzm edilən qida deyil. Lakin bəyənməyənləri belə bu atəş qızdıracaq. Onlarda da müsbət dəyişikliklərə səbəb olacaq.

[13]

Sizə istedadımızı, bacarıqlarımızı, ulduzluğumuzu göstərmək üçün qayıtmadıq. Biz şöhrət üçün, özümüzü göstərmək üçün, status üçün gəlməmişik. 2007-dən yarımçıq işimiz qalıb onu bitirmək üçün gəlmişik. Burada QQ Host ideyasına işarə edir və bildirir ki, məqsədi 2007-dən bura eynidir və Dərəcə onun üçün yeni Hostdur, onun gəlişmiş, mükəmməlləşmiş halıdır, mənəvi davamıdır. Bu dəfə keçmişdəki səhvləri buraxmayağıq. Artıq təcrübəliyik. 

[14]

Burada isə rahat divanda oturub, özü bir iş görməyən amma hər işə bir mız qoyan dinləyicilərə müraciət edir. Sizin üçün  hər şeyi qaşığa qoyub ağzınıza atmayacağıq. Özünüz də əziyyət çəkməlisiniz, özünüz də bir işin qulpundan yapışmalısınız. İntibah pulsuz paylanan halva deyil. Şikayətlər qəbul olunmur, bizim etdiklərimizi bəyənmirsənsə, qabağa gəl, özün düzəlt, kömək ol, təklif et. Tənqidlə yox əməllə yanımızda ol. Bu bizim birgə işimiz olsun.

[15]

Daha sonra, “hater”-lərə müraciət edir. “Sən də gəl bizə” deməklə bildirir ki, İntibah Qaraqanla bağlı olan bir şey deyil. Azərbaycan üçündür, hər birimiz üçündür. Burada dost, düşmən olmamalıdır. Hətta bizi bəyənməyənlər belə dəvətlidir. Qaraqan sadəcə musiqiçi deyil, Dərəcən isə fanklub deyil. Birliyimizin məqsədi daha ülvidir, daha möhtəşəmdir. Sənə də yer var!

[16]

Burada QQ tarixdən misal çəkir. Bildirir ki, bizi elə qıran da birləşə bilməməyimiz olub. Xanlıqlarımız bir-biri ilə vuruşan zaman düşmənlərimiz hücum edib bizi zəbt ediblər. Gəlin bu səhvi buraxmayaq. Dəstələrə bölünməyək, bir olaq birgə olaq.

[17]

Tərz və Flow-dan şikayət edənlərə bildirir ki, siz hələ kitabın birinci səhifəsini görürsüz. Xəbəriniz yoxdur ki, qarşıda hansı işlər var və yavaş – yavaş bunlar üzə çıxacaq. Dərzi əvvəl iynə saplayırdısa indi artıq Singeri (tikiş maşınını) saplayır.

[18]

QQ deyir ki, xoş məramla gəlmişəm, heç kəslə qərəzim yoxdur. Hər birinizə uğur və şöhrət arzu edirəm. Amma mehribanlığı çaşıb zəiflik ilə səhv salmayın.

[19]

Çünki bizə hər birinizin köməyi lazımdır. Bütün yaradıcı insanlar, parlaq gənclər, istedadlı insanlar, xalqın üzdə olan adamları, çiyini möhkəm olan hər kəs gəlsin. Birlikdə bu ağır yükü qaldıraq.

[20]

Burada isə Dərəcədə olan gənclərə xüsusi sevgisini bildirir. “Başımın tacı” deməklə bildirir ki, qürur yerim nə istedadımdır, nə baxış sayları nə maddi-mənəvi uğurlarım. Qürur duyduğum bu ümid dolu gənclərdir. Özündən daha böyük bir işin parçası olmaq istəyən, Dərəcəyə qoşulmağı özünə aşağı bilməyən insanlardır. Bizim müsbət işlərimiz, xeyirli layihələrimiz və birliyimiz, mehribanlığımız bütün Bakının gənclərindəki eqoizmi və soyuqluğu aradan qaldıracaq. Kənar bucaqda qalan özünü tək hiss edənləri də istimizlə isidəcəyik. Həm də Dərəcə intellektual və mənəvi yüksəldikcə bunun nəticəsini bütün ölkə rəğbətlə qarşılayacaq.

Zəncirbəndi tac gəlin

Sözə ruhu ac gəlin

 

Mən getmişdim, dediniz gəlim

Düşüm o quyuya — isti və dərin

“Yanıram! Yanıram!” qışqıracam

Amma çəkməsin kəndiri geriyə əlin [1]  

Şüşəli körpülər, tüstülü güzgülər [2]  

Tilsimi qıracaq cadunu, düyünü

Gətirirəm evə bayramı

Nəsiminin dərisi mənim bayrağım

Edamı düyünüm [3]

 

Meydanı bürüyür

Büyümün qalacaq altında

Qarnının üstündə ilanı sürünür

Haçadı dili

De nə üçün birinci yalanı

İkinci yalana bürüyə [4]

Gözünə sarğını aslanın asaraq

Çevirir qoyuna [5]

Bilməyənləri ki, söz silahdı

Sizi iftar edəcək Babil toruna [6]

Çıxanı gorundan göz görsə də

Yenə inkar edəcək [7]

Bu dəfə geriyə saydı yoxdu

Siz dedikcə “yox”

Mən israr edəcəm! 

 

Zəncirbəndi tac gəlin

Sözə ruhu ac gəlin

Haqqa nahaq yar olmaz 

Gözlərini aç gəlim [8]

 

Gözlərini aç, gəlim

Məclisi-Ruha ac gəlin

Yalanın qumdan saraylarını

Xəzrim edər tarac

Gəlin

Bəri bax barı

Barı bax bəri

Pəncərələrinə daş gəlir [9]

Yandırdısa meydanı gəlişim

Bil ki, məclisə aş gəlir [10]

 

Hamı içinə qapanıb

Bağlayıb qapını hərə bir tərəfə səpələnib

Bizə ərgən deyənlər

Qocalıb xalalanıb, əmilənib

Arzuları yarı qalıb — ona görə qoz belləri qarı

Bəyənmir, deyir əvvəlki kimi deyil

Hətta yağanda bəmbəyaz qarı

 

Biz seçirik düzü

Nə qədər batmır gəmimiz üzür

Siz şit yağı, şəkəri səhnənin olun

Biz olarıq acısı duzu [11]

Hey!

Düz söz deyil quzu

Hey!

Həzm edə bilməyən qusur

Hey!

Amma əridər atəşi həqiqətin

İçində qarı və buzu [12]

 

Sizə gəlmədik göstərək

Necə iti dişimiz var

Fame üçün deyil

Bil 2007-dən

Yarımçıq işimiz qalıb

Yey! [13]

Biz dolduraq qaşığa, ye

Olmayacaq halva aşura “nay” 

İntibah deyil “customer support”

Oturub edəsən “complain” [14]

Come babe

Sən də gəl bizə

Ən böyük hater

Sən də gəl bizə

Sözümüz yox sizin

Zənci bəndinizə

Amma gəlin açaq bu

Zəncirbəndimizi [15]

Nə qədər yandıraq kəndi kəndimizi?

Cavad, Talış, Şirvan, Dərbəndimizi

Yumruğa dönmürük

Xanlıqlar dövrü

Deyin heç nə öyrətmədimi bizə? [16]

 

Hələ biz heç girmədik starta

Səhifə birdəsiz iri kitafda

Necə dəlidi yeni tərzi Dərzinin

Sizlər üçün Singerin saplar [17]

Sevin ki, çönmüyüb beyin

“Dobrıy”dı bugün Sensey

Hamını “rest in peace” eləyə bilər

Amma “rest in fame” [18]

 

Bizə lazım hamı!

Toplarıq ölkənin ən parlaq gənclərin

Pis vərdişlər və xarici təsirdən

İçləri təmizlərik

Bizə lazım hərkəs yaradıcı

Kimin çiyni möhkəm aparıcı

Kim bizi yüksəklərə aparacaq

Düşmənləri qapar acı [19]

 

Bütün qapılar açıq baxın üzümə,

Onların gözləri işıq saçır, Başımın tacı

Çatdıra bilmir sözlər

Onlara olan bu sevginin içimdə dərəcəsin

Bizim bu isti qızdıracaq

Qaldıracaq bütün Bakının dərəcəsin [20]

 

Zəncirbəndi tac gəlin

Sözə ruhu ac gəlin

Haqqa nahaq yar olmaz

Gözlərini aç gəlim

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.